Beynəlxalq qurumlarla əməkdaşlıq və üzvlük

Beynəlxalq qurumlarla əməkdaşlıq və üzvlük

Avrasiya Universitetlər Assosiasiyası -  1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşəbbüsü ilə SSRİ Universitetlər Assosiasiyası kimi yaradılmış, 1992-ci ildə adı dəyişdirilərək Avrasiya Universitetlər Assosiasiyası adlandırılmışdır.Assosiasiyanın ali rəhbər orqanı Assosiasiya Qurultayıdır. Avrasiya Universitetləri Assosiasiyası “Universitet və cəmiyyət” beynəlxalq elmi-praktiki konfransların təsisçisi və təşkilatçısıdır.  Bakı Dövlət Universiteti 1989-cu ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 13 ölkədən 139 universitet daxildir. -  http://www.eau-msu.ru/

Avrasiya Universitetlər Birliyi - 2008-ci ildə İstanbulda təsis edilib. Bir qrup Türkiyə, Balkan ölkələri, Azərbaycan, Orta Asiya, Rusiya, Ukrayna və Moldova ali məktəblərinin təsis etdiyi EURAS universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirmək məqsədi ilə yaradılmışdır. 125 üzvü var. - http://www.euras-edu.org


Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası
 - 1996-cı ildə Həştərxan Dövlət Texniki Universiteti və Qorqan Kənd Təsərrüfatı Elmləri və Təbii Sərvətlər Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Bakı Dövlət Universiteti 1997-ci ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 5 ölkədən 55 universitet daxildir.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

Ali professional təhsil, doktoranrtura ixtisaslar və istiqamətlərində universitet təhsilinin vahid sisteminin işlənib hazırlanması;

Xəzər dənizinin təbii və antropoqen faktorların təsiri altında ekologiyasının öyrənilməsi;

Xəzər dənizinin nərə balıqlarının süni istehsal olunmasının texnologiyasının mükəmməlləşdirilməsi;

Neft məhsulları ilə çirklənmiş akvatoriya və ərazilərin rekultivasiyası metodlarının işlənib hazırlanması;

Xəzəryanı dövlətlərin ətraf mühitinin qorunmasının hüquqi problemləri;

Xəzəryanı xalqların tarixinin öyrənilməsi  -  http://asucs.ikiu.ac.ir/allmembers/en

Qara Dəniz Universitetlər Assosiasiyası (BSUN) - 1998-ci ildə yaradılmışdır. Assosiasiyaya 12 ölkədən 100-dən çox universitet daxildir. Təşkilat cəmiyyətdə ali təhsilin rolunun, keyfiyyətinin və nüfuzunun qaldırılması, üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsində müstəsna rol oynamaqdadır. Bakı Dövlət Universiteti 1998-ci ildə BSUN-nun sıralarına qoşulmuşdur.

Qeyd olunan müddət ərzində BSUN tərəfindən aşağıdakı istiqamətlərin inkişafına təkan verilmişdir:

Dayanıqlı inkişaf;

İnnovasiya və biliklərin ötürülməsi sahəsində əlaqələrin qurulması;

Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri;

Qabaqcıl və çoxfunksional materiallar;

Yüksək istehsallı hesablamalar;

Elektron səhiyyə və teletibb - https://bsun.org/

Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu (EİFL.net) - 1999-cu ildə yaranmışdır. Dünyanın 47 ölkəsində fəaliyyət göstərən 2300 kitabxana bu təşkilatın üzvüdür. 2003-ci ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasında yaradılmış və 2004-ci ilin fevralından fəaliyyətinə başlamış Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) yarandığı ildən təşkilatda təmsilçilik hüququ qazanmışdır. Respublika üzrə Bakı Dövlət Universiteti bu təşkilatın koordinatorudur.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EİFL.net çərçivəsində beynəlxalq elektron nəşriyyatlarla əməkdaşlıq edir, danışıqlar aparır, üzv təşkilatları tədris və elm sahələrinə uyğun informasiya ilə təmin edir.

Az.KİK-in əsas məqsədi cəmiyyətin inkişafına bilavasitə təsir göstərən təhsil və elmi tədqiqat sahəsində labüd olan elektron informasiyanın çatdırılmasına, təlimlərin keçirilməsinə və elektron resursların çeşidlərinin artırılmasına dəstək verməkdən ibarətdir.

Az.KİK-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Konsorsium menecmenti   -    EIFL, Consortium Management;

- Müqavilələr əsasında lisenziyaların alınması  -  EIFL, Licensing;

- Açıq resurslar  -  EIFL, OA: open access;

- Müəllif hüquqlarının qorunması -    EIFL,  IP: copyright and libraries proqramme for research and education;

MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzi - 2009-cu ildə Dubna şəhərində təsis edilmişdir. Mərkəz MDB ölkələrinin humanitar əməkdaşlıq fondunun dəstəyi ilə yüksək texnologiyaya söykənən nanosənayenin formalaşması, MDB ölkələri arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılmışdır. Mərkəzin təsis sənədlərinin imzalanmasında 9 MDB ölkəsinin 14 təşkilatı, 4 milli akademiya, o cümlədən Azərbaycan Respublikasından Bakı Dövlət Universiteti iştirak etmişdir. 

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının universitetləri arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Bakıda yaradılıb.Assosiasiyanın tərkibinə Rusiyadan 32, Azərbaycandan isə 12 ali məktəb daxildir.

Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası - Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA )1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılmışdır. Sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyası olan təşkilatın əsas missiyası aşağıdakılardır:
-          Milli, regional və beynəlxalq assosiasiyalar ilə dünya miqyasında əməkdaşlıq çərçivəsində sosial iş təhsilini təşviq və təmsil etmək;
-          Sosial iş müəllimləri və proqramlarının cəlb olunmuş birliyini yaratmaq və qoruyub saxlamaq;
-          Tədqiqat və kurrikulum resurslarının qarşılıqlı mübadiləsində iştirakçılığı fasilitasiya etmək və dəstəkləmək;
-          Daha ədalətli dünya üçün təhsil strategiyaları və siyasətlərinin təkmilləşdirilməsi;
-          Sosial İş Təhsili və Təlimi üçün Qlobal Standartları hazırlamaq;
-          Sosial iş tədrisçiləri üçün konfranslar təşkil etmək ;
-          Təlim proqramları və kurrikulum icmalları təşkil etmək;
-          Nəşrlər və sosial mediadan istifadə ;
-          BMT-də təmsilçilik ;
-          Komitə və xüsusi komandaların fəaliyyətləri.
404 məktəb üzvü və dünyanın bütün qitələrinin 65 ölkəsində 5 filialı olan Sosial İş Məktəblərinin Beynəlxalq Assosisiyasının hazırda 231 fərdi üzvü var ki, onlar da əsasən sosisal işçilər və sosial iş müəllimləridir. Bakı Dövlət Universiteti 2018-ci ildən Assosiasiyanın tamhüquqlu üzvüdür. Təşkilata üzvlük qurumun Listservinə (Google qrupları), Sosial Dialoq Jurnalına, Beynəlxalq Sosial İş Jurnalına pulsuz abunəlik, Beynəlxalq Sosial Rifah Jurnalına güzəştli abunəlik, eyni zamanda, ümumdünya sosial iş məktəbləri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sosial iş məktəbləri ilə birgə layihələrdə iştirak imkanları yaradır.