İkili diplomlar

İkili diplomlar

Bakı Dövlət Univetrsiteti və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış Müqaviləyə əsasən 2020-ci ildən magistr hazırlığı həyata keçirilir.  Tədrisin ingilis dilində aparıldığı bu proqram digər xarici ali təhsil müəssisələrinin də əməkdaşlıq diqqətini çəkmişdir. 

2018-ci ildə Bakı Dövlət Universiteti və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir. Belə ki, Sazişlə hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 3 nəfər doktorantın qəbulunun həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da gələcəkdə elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişafına təkan verəcəkdir.

Bakı Dövlət Universiteti və Lumière Lyon 2 Universiteti arasında əqli mülkiyət hüququ sahədə ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən 2021-ci ilin sentyabrından magistr hazırılığı həyata keçiriləcək. 
Bu proqram ingilis və fransız dillərində tədris ediləcək və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılacaqdır. Proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk fransız-azərbaycan ikili diplom proqramıdır. Əvvəl mövcud olan ikili diplomlar ancaq ingilis dilindədir. Bu baxımdan, iki universitet bu proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və fransız dili imtahanlarının keçirilməsinə görə məsuliyyəti Azərbaycan Fransız İnstitutuna həvalə etdilər.

2021-ci ildə Bakı Dövlət Universiteti və İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış Sazişə əsasən komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir.
İkili diplom layihəsinin əsas məqsədi kompyuter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik olan, kompyuter elmlərinin fundamental və xüsusi tətbiqi metodlarından istifadə etməyi bacaran, öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdırmaq və effektiv həll etmək imkanına malik olan elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlanmaqdır.