Proqram və layihələrdə iştirak

Proqram və layihələrdə iştirak

Erasmus+ KA02 

Magnus - BDU ilə İsveçin Linköping Universiteti arasında Erasmus+ KA2 proqramı çərçivəsində MAGNUS layihəsi icrası üzrə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən BDU-da magistratura pilləsində yeni ixtisas olan “Game Design and Mobile Application Development” ixtisaslaşması açılmışdır və növbəti tədris ilindən tələbə qəbulu həyata keçiriləcək. Məlumat üçün qeyd edək ki, MAGnUS layihəsi çərçivəsində imzalanan müqaviləyə əsasən satın alma prosesi üçün tender keçirtmək məqsədilə qarşı tərəfin tələbilə eyni təchizat siyahısı üçün 3 fərqli şirkətdən qiymət cədvəli alınıb tender təşkil olunmuşdur. Tenderin qalibi ən uyğun qiymət təklif edən “Bestcomp Group” olmuşdur. Müqavilə hazırlanıb imzalanmaq üzrə Linköping universitetinə göndərilmişdir.

İTACA - Layihənin məqsədi Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş üçüncü pilləli təhsilin yaradılması/inkişaf etdirilməsi məqsədilə Təlim Mərkəzinin yaratmaq və inkişaf etdirməkdir. İTAKA layihəsi Qrant müqaviləsinin İqtisadiyyat nazirliyində qeydə alınması üçün sənədlər nazirliyə təqdim olunub və yaxın günlərdə məsələnin müsbət həllini tapacağı gözlənilir.

GEOCLIC - layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Həmçinin, Coğrafiya fakültəsi daxilində tələbələrin təlim prosesi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi, müasir avadanlıqlarla təmin edilməsi də nəzərdə tutulmuşdur. Laboratoriyanın təşkili zamanı müasir arekosmik və məzafədən zondlama üzrə avadanlıqların (bunlara misal olaraq dronlar, GPS, Çöl tədqiqatı üçün geodezik avadanlıqlar,  3 ölçülü çap qurğusu, 3 ölçülü skaner, müasir proqram təminatları, peyk qəbulediciləri, müasir manitor və komputerlər) təmin  edilməsi nəzərdə tutulur.