“Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

5 Oktyabr 10:11

“Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə  2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək,  qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqıqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

 

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Qeyri-səlis nəzarət
  2. Qeyri-səlis ölçü və metrika
  3. Tətbiqi riyaziyyat və aproksimasiya  nəzəriyyəsi
  4. Diferensial tənliklər və tətbiqləri
  5. Maşın(texnika) öyrənilməsinin tətbiqləri
  6. Qeyri-səlis dinamik sistemlər və Xaos nəzəriyyəsi
  7. Ümumi mühəndisliyin tətbiqləri
  8. Geniş məlumatlar və  məlumat mədəni
  9. Qeyri-səlis topologiya

10. Qeyri-səlis cəbr

11. Qeyri-səlis analiz

12.  Semantik şəbəkə

13. Statistik analizlər

14. Kompyuter intellekti

15. Qeyri-səlis çoxluqların tətbiqləri

16. Mükəmməl öyrənmənin tətbiqləri

17. Geniş ölçülü vizualizasiya

 

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 noyabr 2021-ci il

Tezislər onlayn olaraq aşagıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://fla2021.bsu.edu.az/#link5

 

Tezislərin tərtib olunma qaydaları:

Konfransın işçi dili: İngilis dili

Tezis ingilis dilində təqdim olunmalıdır.

Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır)

Tezisin adı: böyük hərflərlə, qalın şrift,şrift  ölçüsü  14,şrift Calibri

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri

Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv,şrift  ölçüsü 12,şrift Calibri

Elektron ünvan: adi şriftlə, kursiv,şrift  ölçüsü 12,şrift Calibri

Təqdim olunmuş  tezisin həcmi 500 sözdən çox olmamalı, format A4, fayl formatı*doc,docx,şrift Calibri,Şrift  ölçüsü 14, yuxarıdan - 2,7 sm, aşağıdan- 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, interval 1.

İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])

Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS

films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)

 

Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.

Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcəkdir.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştitrakçılara müvafiq setifikatlar veriləcəkdır. Seçilmiş məqalələr nüfuzlu jurnallarda nəşr ediləcəkdir.

 

Konfransın keçiriləcəyi yer və əlaqə:

Bakı Dövlət Universiteti,

AZ1148, Z.Xəlilov küç., 33.

Tel: (+99412) 538 95 40

Mob: (+99470) 747 75 22və (+99450) 335 44 70

E-poçt: farhadmirzayev@bsu.edu.az

Sayt: http://fla2021.bsu.edu.az