|
![]() |
Mərkəz BDU-da elmi-tədqiqat mövzularının yerinə yetirilməsi haqqında məlumat toplayır, perspektiv mövzular və istiqamətlər barədə proqnozlar verir, mövzu və elmi-tədqiqat işlərinin plan üzrə icrasına nəzarət edir; BDU-da fəaliyyət göstərən Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə statistik məlumatlar hazırlayır; Dövlət proqramlarının, standartların, elmi fəaliyyət sahəsində ümumuniversitet tədqiqat proqramları, qrantlar və müqavilələrin yerinə yetirilməsinə inzibati rəhbərlik və icrasına nəzarət edir; Keçirilən elmi tədbirləri təşkil edir, doktorantura proqramı üzrə yerinə yetirilən elmi işlərə, müxtəlif elm sahələri və ixtisaslar üzrə elmi və elmi-pedaqoji kadr hazırlığına, Tələbə Elmi Cəmiyyəti (TEC) və Gənc Alimlər Şurasının (GAŞ) fəaliyyətinə, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət edir; Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlayır, elmi-texniki əməkdaşlıq sahəsində BDU-nun əlaqə saxladığı xarici dövlətlərin universitetləri, elm və istehsal müəssisələri, birgə işlənən elmi problemlər və alınmış nəticələr, təcrübə mübadiləsi sahəsində görülən işlər, beynəlxalq konfrans, konqres və simpoziumlarda iştirak, beynəlxalq proqramlar üzrə material və təklifləri toplayır; Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərinin dövlət qeydiyyat mərkəzinə təqdim olunması üzrə zəruri hesabatları tərtib edir; İxtira səviyyəsində olan elmi tədqiqatların Respublikada və xarici ölkələrdə qorunması işlərini təşkil edir, iddia sənədlərinin ekspertizasını keçirir, baxılmağa və dövlət qeydiyyatına təqdim edir.
|
|
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
_
Rəhbərlik

MÜLKİYYƏT
Əqli mülkiyyətin qorunması şöbəsinin müdiri
Tel: +99412 538 60 63
Email:
-thumb.jpg)
ƏFSANƏ SURXAYLI
Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri
Tel: +99412 538 60 63
Email: afsana.surxayli@bsu.edu.az

TƏŞKİLAT
Elmi-təşkilati şöbənin müdiri
Tel:
Email:

ƏLAQƏ
AZ-1148, Azərbaycan Respublikası, Bakı ş, Z.Xəlilov küç, 33, Bakı Dövlət Universiteti
Yeni bina, II mərtəbə
Tel: (+99412) 538 60 63
Email: elm-innovasiyalar@bsu.edu.az