Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin strukturu

ELMİ TƏDQİQATLARIN TƏŞKİLİ VƏ TƏHLİLİ ŞÖBƏSİ

ELMİ TƏDQİQATLARIN TƏŞKİLİ VƏ TƏHLİLİ ŞÖBƏSİ

BDU-da elmi fəaliyyəti planlaşdırır, monitorinqini və təhlilini aparır, elmi-tədqiqat fəaliyyətinə dair hesabat sənədlərini, Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə  statistik məlumatlar, mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlayır, elmi və innovativ fəaliyyətin prioritet sahələrinin müəyyənləşdirilməsində iştirak edir.

TEXNOLOGİYALARIN TRANSFERİ VƏ İNNOVASİYALAR

TEXNOLOGİYALARIN TRANSFERİ VƏ İNNOVASİYALAR

BDU-nun innovativ potensialından səmərəli istifadə sistemini hazırlayır, innovativ və kommersiya üçün perspektivli elmi tətqiqatların məlumat bazasını yaradır, əməkdaş və tələbələrinin elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin edir, BDU-da kommersiya yönümlü ideyaları və nəticələri seçir, intellektual fəaliyyətinin nəticələrinin komesiyalaşdırıla bilmək potensialını ekspertiza edir, innovativ layihələri formalaşdırır və reallaşdırır.

MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

Magistratura və doktoratura pilləsinə elmi və pedaqoji kadrların hazırlanması üçün tədris işlərini təşkil edir və həyata keçirir, tədris və elmi-tədqiqat işlərinin təşkili təcrübəsi ilə mübadilə üzrə BDU-nun həyata keçirdiyi tədbirlərdə iştirak edir, müvafiq strukturlar tərəfindən elmi və pedaqoji kadrların hazırlanması üçün əsas tədris proqramlarının həyata keçirilməsi üçün tədbirləri təşkil edir, informasiya və metodiki dəstək verir, yüksək ixtisaslı kadr hazırlığı sahələrinin lisenziyalaşdırılması və akkreditasiyası üçün sənədləri hazırlayır.

ƏQLİ MÜLKİYYƏTİN QORUNMASI ŞÖBƏSİ

ƏQLİ MÜLKİYYƏTİN QORUNMASI ŞÖBƏSİ

BDU-nun intellektual mülkiyyətinin qorunmasını təmin edir, ixtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlayır, onların maliyyələşdirilməsi üçün təkliflər verir, ixtira səviyyəsində olan elmi tədqiqatların respublikada və xarici ölkələrdə qorunması işlərini təşkil edir, iddia sənədlərinin ekspertizasını keçirir, baxılmağa və dövlət qeydiyyatına təqdim edir, elmi tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiyalar hazırlayır və yayır. 

ELMİ-TƏŞKİLATİ ŞÖBƏ

ELMİ-TƏŞKİLATİ ŞÖBƏ

BDU-da elmi tədbirlərin planlaşdırılmasında metodiki yardım göstərir, elmi tədbirlərə, elmi ədəbiyyatın və elmi jurnalların çapına, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət edir, Tələbə Elmi Cəmiyyəti (TEC) və Gənc Alimlər Şurasının (GAŞ) fəaliyətini təşkil edir, ictimai elmi birliklərin işini əlaqələndirir,  əməkdaşlara və tələbələrə elmi mobilliklə əlaqəli məsələlərin həllində köməklik göstərir.