Elmi Şuraya seçkilər

   
1.
Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
 
2.
Elmi Şuranın tərkibinə seçilmə qaydası aşağıdakı kimi  müəyyənləşdirilir:
 
-
Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə BDU-nun rektoru (sədr), tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, BDU-da fəaliyyət göstərən ETİ-lərin, filialların və digər struktur bölmələrinin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, tələbə gənclər təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, veteranlar şurasının, elmi-metodik şuranın sədrləri daxil olurlar. Elmi Şuranın digər üzvləri BDU-nun professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edə bilər. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10%-ə qədəri BDU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (BDU-nun  daxilində).
 
-
Elmi Şuraya namizədlər hər bir fakültənin, filialın və ya müvafiq struktur bölməsinin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Fakültənin və ya müvafiq struktur bölməsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50%-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər.
 
-
Fakültələrdən, filiallardan və ya müvafiq struktur bölməsindən BDU-nun Elmi Şurası üzvlüyunə nümayəndəlik aşağıdakı kimi müəyyənləşdirilir:
  • elmi-pedaqoji işçilərin sayı 50-dək olduqda 1 nümayəndə;
  • 51-dən 100-dək olduqda 2 nümayəndə;
  • 101-dən 150-dək olduqda 3 nümayəndə;
  • 151-dən çox olduqda 4 nümayəndə.
 
 
Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.