BDU-nun beynəlxalq əlaqələri

Bakı Dövlət Universitetinin təsis edilməsi zamanı qarşıya qoyulmuş başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması olmuşdur.

Elm və təhsil sahəsində beynəlmillələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr universitetlərin inkişafının və beynəlxalq imicinin əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da,  Bakı Dövlət Universitetində (BDU) beynəlxalq fəaliyyət dairəsinin genişləndirməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.

Sözügedən fəaliyyətin inkişafı və genişlənməsi istiqamətində, Universitetin beynəlmiləlləşməsi eləcə də, BDU haqqında informasiyanın getdikcə daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması və nüfuzunun daha da artırılması məqsədi ilə beynəlxalq əlaqələr BDU-da dörd əsas strateji inkişaf xətti üzərində  həyata keçirilir.

  • Akademik əməkdaşlıq: BDU-nun dünyanın nüfuzlu universitetləri ilə akademik əməkdaşlıqlarının inkişaf etdirilməsi və yeni əlaqələrinin qurulması, iki və çox tərəfli birgə dərəcə proqramlarının işlənib hazırlanmasını həyata keçirmək.
  • İctimai etimad və nüfuz: BDU-nun dünya universitetləri reytinq sistemindəki mövqeyinin yaxşılaşdırılmasını təmin etmək.
  • Xarici əlaqələr: BDU-nun üzv olduğu beynəlxalq və regional assosiasiyalar ilə mövcud olan əlaqələrini daha inkişaf etdirmək, yeni qrumlara üzv olmasını təmin etmək, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərlə əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əlaqələrin qurluması istiqamətində fəaliyyəti gücləndirmək bu strateji istiqamətin əsas məğzini təşkil edir.
  • Proqramlar və qrantlar: BDU-nun beynəlxalq mübadilə və qrant proqramlarının sayının artırılması, layihələrin işləkliyinin təmin edilməsi, yeni qrant və mübadilə proqramları haqqında müəllim və tələbələrin məlumatlandırılması qarşıda duran başlıca məqsədlərdən hesab olunur.

Bu strategiyada qlobal miqyasda baş verən dəyişikliklər mütəmadi olaraq nəzərə alınır, çevik qaydada addımlar atılır. Eyni zamanda ictimai etimad və nüfuzun qorunmasına, diplomatik nümayəndəliklərlə əməkdaşlığa, yeni xarici əlaqələrin qurulmasına, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi tədqiqat istiqamətlərinin artırılmasına da xüsusi diqqət yetirilir. Beynəlxalq imkanların müəyyənləşdirilməsi və istifadəsi, universitetin beynəlxalq fəaliyyət dairəsinin daim təkmilləşdirilməsi və bu yöndə daxili və xarici məlumatlandırma vasitəsilə təlim-tədris, tədqiqat-inkişaf və təcrübə-bilik mübadiləsinə də ayrıca diqqət yetirilir.

Qeyd edək ki, sözügedən strateji yanaşma beynəlxalq miqyasda nüfuzumuzu daha da inkişaf etdirmək istəyimizin əsas göstəricisidir. Qlobal miqyasda daim baş verən dəyişiklikləri nəzərə alaraq, tez və çevik hərəkət edə bilməyimiz, ortaya çıxan beynəlxalq imkanların müəyyənləşdirilməsi və istifadəsi, beynəlxalq fəaliyyət dairəmizin daim təkmilləşdirilməsi baxımından bu strateji yanaşma xüsusi əhəmiyyət kəsb edir və daxili və xarici məlumatlandırma vasitəsilə təlim-tədris, tədqiqat-inkişaf və təcrübə-bilik mübadiləsinə xüsusi diqqət ayırmağımızı labüd edir. Bu starteji yanaşma həmçinin, bütövlükdə BDU-da son dövrlərdə aparılan innovativ islahatların bir hissəsidir və Universitetin yüksək səviyyəli tədqiqat və təhsil mərkəzi kimi ölkədə və beynəlxalq miqyasda imicinin yüksəldilməsini təmin edilməsinə xidmət edir.

Elm və təhsilimizin inkişaf etmiş ölkələrinin elm və təhsil sisteminə inteqrasiyası və keyfiyyətinin dünya səviyyəsinə qaldırılması üçün müasir dünyada mövcud olan mütəmadi olaraq bütün imkanlar nəzərdən keçirilir, ölkəmizin mənafeyinə, xarici və daxili siyasət prioritetlərinə uyğun olan proqram və əməkdaşlıqlara üstünlük verilir. Beynəlxalq şirkətlərdə tələbələrimiz üçün təcrübələrin təşkili, universitetimizin kitabxana resurslarının rəqəmsal və xaricdə dərc olunmuş ədəbiyyatlarla zənginləşdirilməsi işi də diqqət mərkəzindədir. Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və tələbələri müxtəlif beynəlxalq tədris və akademik mübadilə proqramlarında müvəffəqiyyətlə iştirak edir və təhsil, elmi və texnikanın dünya təcrübələrinin Azərbaycana gətirilməsi və tətbiqini həyata keçirirlər.