![]() |
Avrasiya Universitetlər Assosiasiyası - 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşəbbüsü ilə SSRİ Universitetlər Assosiasiyası kimi yaradılmış, 1992-ci ildə adı dəyişdirilərək Avrasiya Universitetlər Assosiasiyası adlandırılmışdır.Assosiasiyanın ali rəhbər orqanı Assosiasiya Qurultayıdır. Avrasiya Universitetləri Assosiasiyası “Universitet və cəmiyyət” beynəlxalq elmi-praktiki konfransların təsisçisi və təşkilatçısıdır. Bakı Dövlət Universiteti 1989-cu ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 13 ölkədən 139 universitet daxildir. |
![]() |
Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası - 1996-cı ildə Həştərxan Dövlət Texniki Universiteti və Qorqan Kənd Təsərrüfatı Elmləri və Təbii Sərvətlər Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Bakı Dövlət Universiteti 1997-ci ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 5 ölkədən 55 universitet daxildir. Assosiasiyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: Ali professional təhsil, doktoranrtura ixtisaslar və istiqamətlərində universitet təhsilinin vahid sisteminin işlənib hazırlanması; Xəzər dənizinin təbii və antropoqen faktorların təsiri altında ekologiyasının öyrənilməsi; Xəzər dənizinin nərə balıqlarının süni istehsal olunmasının texnologiyasının mükəmməlləşdirilməsi; Neft məhsulları ilə çirklənmiş akvatoriya və ərazilərin rekultivasiyası metodlarının işlənib hazırlanması; Xəzəryanı dövlətlərin ətraf mühitinin qorunmasının hüquqi problemləri; Xəzəryanı xalqların tarixinin öyrənilməsi. |
![]() |
Qara Dəniz Universitetlər Assosiasiyası (BSUN) - 1998-ci ildə yaradılmışdır. Assosiasiyaya 12 ölkədən 100-dən çox universitet daxildir. Təşkilat cəmiyyətdə ali təhsilin rolunun, keyfiyyətinin və nüfuzunun qaldırılması, üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsində müstəsna rol oynamaqdadır. Bakı Dövlət Universiteti 1998-ci ildə BSUN-nun sıralarına qoşulmuşdur. Qeyd olunan müddət ərzində BSUN tərəfindən aşağıdakı istiqamətlərin inkişafına təkan verilmişdir: Dayanıqlı inkişaf; İnnovasiya və biliklərin ötürülməsi sahəsində əlaqələrin qurulması; Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri; Qabaqcıl və çoxfunksional materiallar; Yüksək istehsallı hesablamalar; Elektron səhiyyə və teletibb. |
![]() |
Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu (EİFL.net) - 1999-cu ildə yaranmışdır. Dünyanın 47 ölkəsində fəaliyyət göstərən 2300 kitabxana bu təşkilatın üzvüdür. 2003-ci ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasında yaradılmış və 2004-ci ilin fevralından fəaliyyətinə başlamış Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) yarandığı ildən təşkilatda təmsilçilik hüququ qazanmışdır. Respublika üzrə Bakı Dövlət Universiteti bu təşkilatın koordinatorudur. Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EİFL.net çərçivəsində beynəlxalq elektron nəşriyyatlarla əməkdaşlıq edir, danışıqlar aparır, üzv təşkilatları tədris və elm sahələrinə uyğun informasiya ilə təmin edir. Az.KİK-in əsas məqsədi cəmiyyətin inkişafına bilavasitə təsir göstərən təhsil və elmi tədqiqat sahəsində labüd olan elektron informasiyanın çatdırılmasına, təlimlərin keçirilməsinə və elektron resursların çeşidlərinin artırılmasına dəstək verməkdən ibarətdir. Az.KİK-in fəaliyyət istiqamətləri aşağıdakılardır: - Konsorsium menecmenti; - Müqavilələr əsasında lisenziyaların alınması; - Açıq resurslar; - Müəllif hüquqlarının qorunması; - Beynəlxalq və yerli layihələlərlə təmsilçilik |
![]() |
Avrasiya Universitetlər Birliyi - 2008-ci ildə İstanbulda təsis edilib. Bir qrup Türkiyə, Balkan ölkələri, Azərbaycan, Orta Asiya, Rusiya, Ukrayna və Moldova ali məktəblərinin təsis etdiyi EURAS universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirmək məqsədi ilə yaradılmışdır. 125 üzvü var.
|
![]() |
MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzi - 2009-cu ildə Dubna şəhərində təsis edilmişdir. Mərkəz MDB ölkələrinin humanitar əməkdaşlıq fondunun dəstəyi ilə yüksək texnologiyaya söykənən nanosənayenin formalaşması, MDB ölkələri arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılmışdır. Mərkəzin təsis sənədlərinin imzalanmasında 9 MDB ölkəsinin 14 təşkilatı, 4 milli akademiya, o cümlədən Azərbaycan Respublikasından Bakı Dövlət Universiteti iştirak etmişdir. |
![]() |
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının universitetləri arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Bakıda yaradılıb.Assosiasiyanın tərkibinə Rusiyadan 32, Azərbaycandan isə 12 ali məktəb daxildir. |
![]() |
Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi – STAR-NET- Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (STAR-NET) 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədilə təsis edilmişdir. Hal-hazırda 8 ölkədən 15 ali təhsil müəssisəsi şəbəkənin üzvüdür. Bakı Dövlət Universiteti 2015-ci ildən assosiasiyaya qoşulmuşdur. Sözügedən qurum texnologiyanın təkmilləşməsi ilə yanaşı reaktor sistemi üzərində nəzarəti, idarəetməni və işçi heyətinin hazırlığını təmin etmək imkanlarına malik təşkilatdır. STAR-NET Şərqi Avropa ölkələrini əhatə edir və hal-hazırda AEBA-nın nəzarəti altında bu qəbildən olan 4 şəbəkə mövcuddur. STAR-NET-in məqsədi bu şəbəkəyə qoşulmuş ölkələrdə nüvə biliklərini inkişaf etdirmək, idarə etmək, qorumaq və nüvə sahəsində ixtisaslı insan resursları ilə təmin etmək, həmçinin, təhlükəsiz nüvə texnologiyalarının inkişafı və istifadəsi üçün kadrların bacarıqlarını artırmaq, bu sahədə koordinasiya olunmuş tədris planlarının hazırlanması, tələbə, müəllim və tədqiqatçı mübadiləsinin asanlaşdırılmasından ibarətdir. |
![]() |
Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası - Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA )1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılmışdır. Sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyası olan təşkilatın əsas missiyası aşağıdakılardır: |
![]() |
Avropa Universitetlər Assosiasiyası- 48 ölkənin 800-dən çox universitetinin təmsil olunduğu Avropa Universitetləri Assosiasiyası qlobal dayanıqlı inkişafda əhəmiyyətli rol oynayan bir qurum olaraq fəaliyyət göstərir. Bir sıra Avropa və beynəlxalq təşkilatlarla davamlı qarşılıqlı əlaqəsi sayəsində EUA Avropa universitetlərinin müstəqil səsinin onların fəaliyyətinə təsir edəcək qərarların qəbul edildiyi məqamlarda eşidilməsini təmin edir. Həmçinin EUA geniş miqyasda universitetləri əhatə edən layihə və tədbirlərdə iştirak etməklə üzvlərinə ən yaxşı təcrübələri bölüşmək üçün misilsiz imkanlar təqdim edir. Bakı Dövlət Universiteti 2022-ci ildən sözügedən assosiasiyanın üzvüdür.
|
![]() |
İslam Dünyasının Universitetləri Federasiyası - 2022-ci ilin fevral ayından etibarən Bakı Dövlət Universiteti (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) çərçivəsində fəlaiyyət göstərən İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW) üzvüdür. |