Mübadilə proqramları

 
 
 
Mübadilə proqramları müxtəlif universitetlərin tələbə, akademik və inzibati heyətlərinin qarşılıqlı mübadiləsini həyata keçirir. Hər il universitetlərarası təcrübələrin bölüşməsində mühüm rol oynayan beynəlxalq proqramlar çərçivəsində çoxsaylı mübadilələr reallaşdırılır. Hər bir BDU tələbəsi bu mübadilə proqramları üzrə müsabiqələrdə iştirak edə bilər. Bakı Dövlət Universitetində müəllim-tələbə mübadiləsi iki istiqamətdə həyata keçirilir. Bunlardan biri əsasən Türkiyə universitetləri ilə həyata keçirilən Mövlanə proqramıdır. Bu proqram çərçivəsində tələbələr bir semestr ərzində Türkiyənin müxtəlif universitetlərində təhsil alırlar. Müəllimlər isə bir və ya iki həftə ərzində tədris prosesi ilə məşğul olmaq hüququ əldə edirlər. Digər beynəlxalq müəllim-tələbə mübadilə proqramı isə Almaniya, Polşa, Rumıniya, İspaniya, İtaliya, Portuqaliya və digər Avropa ölkələri ilə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ERASMUS+KA107 proqramıdır.

 

Erasmus+KA 107 beynəlxalq müəllim-tələbə mübadilə proqramı hər il yüzlərlə tələbəninAvropanın müxtəlif universitetlərində təhsil almasına, müəllimlərin isə tədris prosesində iştirak edərək qarşılıqlı təcrübə mübadiləsi aparmasına imkan verir.
Mövlanə beynəlxalq müəllim-tələbə mübadilə proqramı tələbələrə
Türkiyənin müxtəlif universitetlərində tədris imkanı verməklə, müəllimlərə
tədris prosesində iştirak şansı yaradır.