Ölkədaxili əməkdaşlıq

BDU ölkədaxili əməkdaşlıqların qurulmasına və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu əməkdaşlıqda biznes müəssisələrinin fəaliyyətlərində ali təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlıqda maraqlı olmaları əsas amillərdən biri hesab olunur.

Elmin və sənayenin müxtəlif sahələri üzrə ölkədaxili əməkdaşlığa xüsusi önəm verməsi, yeni səmərəli əlaqələrin qurulması, habelə təcrübə mübadiləsinin aparılması təhsilin daha sürətli inkişafına zəmin yaradan vacib amillərdən biri hesab oluna bilər.

Ekologiya, kənd təsərrüfatı, kimya, sosial sahədə təcrübəyə malik olan BDU bu sahələr üzrə  ölkədaxili müxtəlif biznes partnyorları və təhsil mərkəzləri ilə əməkdaşlıq edir. Universitetin Hüquq fakültəsi Respublika daxilində müvafiq elm-təhsil müəssisələri və müvafiq dövlət qurumları ilə sıx elmi araşdırma şəraitində fəaliyyət göstərir.

Coğrafiya fakültəsinidə  “Azərsu” ASC,  AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Xidməti, ADPU, GDU, SDU, LDU ilə birgə tədqiqatlar aparılır. Buraxılış və dövlət imtahanlarına, yekun atestassiyaların keçirilməsinə köməlik göstərilir, doktorant və dissertantların elmi işlərinə rəhbərlik edilir.