Bakı Dövlət Universitetində xarici ölkə vətəndaşlarının mütəxəssis kimi hazırlığına 1968-ci ildən etibarən başlanılmışdır və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir.
Bu gün universitet məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər. Hal-hazırda Bakı Dövlət Universitetində 34 ölkədən əcnəbi vətəndaş təhsil alır.
Əcnəbi tələbələrin 53% Humanitar və sosial ixtisas qrupu üzrə, 17% İqtisadiyyat və idarəetmə, 16% isə Təbiət ixtisas qrupu üzrə təhsil alır.