Şöbənin fəaliyyəti

Şöbənin məqsəd və vəzifələrinə daxildir:

•    BDU-nun beynəlxalq təhsil məkanına inteqrasiyasının genişləndirilməsi istiqamətində fəaliyyət.
•    BDU-da təhsil alan əcnəbi tələbələrin akademik mobilliyinin artırılmasına yönəlmiş şəraitin yaxşılaşdırılması.
•    Xarici universitetlər, təşkilatlar və fiziki şəxslərlə bağlanmış müqavilələrə uyğun olaraq Universitetdə xarici vətəndaşların təhsilinin təşkili ilə bağlı məsələlərin həlli.
•    Xarici vətəndaşlara universitetdə təhsil almaqla, Azərbaycan və rus dillərini xarici dil kimi öyrənmək üçün hazırlıq kurslarına qəbulla bağlı məsləhət verilməsi və təşkilati köməkliyin göstərilməsi;
•    Universitet tərəfindən göstərilən təhsil xidmətləri haqqında məlumatlılığın artırılması və yeni əcnəbi tələbələrin cəlb edilməsi üçün şəraitin yaradılması;
•    Əcnəbi tələbələrin universitetə və ölkəyə uyğunlaşmasına köməkliyin göstərməsi 
•    Əcnəbi tələbə klubunun, əcnəbi məzunlar birliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi;
•    Xarici tələbələrin vahid məlumat bankının formalaşdırılması;
•    Universitetdə təhsil alan xarici tələbələrə sosial, pedaqoji və psixoloji yardımın təşkili
•    Xarici tələbələrin Azərbaycan Respublikası ərazisində qalması ilə əlaqədar prosedur məsələlərin (pasport, viza və miqrasiya qeydiyyatı) təmin edilməsi
•    Əcnəbi təhsilalanlarla maarifləndirmə işlərinin aparılması (Azərbaycan tarixi, mədəniyyəti, ərazi bütövlüyü, Dağlıq-Qarabağ münaqışəsi və s. mövzularda)
•    Əcnəbilərin tədris prosesində yaranan problemlərin həlli məqsədilə universitetin struktur bölmələri, tələbə təşkilatları və universitetdən kənar strukturlarla qarşılıqlı əlaqələrin saxlanılması
•    Əcnəbi təhsilalanların asudə vaxtlarının təşkili
•    Əcnəbi təhsilalanların istək, təklif və şikayətləri haqqında  BDU-nun idarəetmə strukturlarına məlumat vermək və qeyd olunanların həlli istiqamətində fəaliyyət

 

Xarici tələbələrlə iş şöbəsi ilə əlaqə yaratmaq üçün:

Telefon: +99412 539 06 95

E-mail: iso@bsu.edu.az