filial

BAKI DÖVLƏT UNİVERSİTETİNİN

QAZAX FİLİALI

2018/2019-cu tədris ilində qəbul olunmuş abituriyentər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Abituriyentin Bakı Dövlət Universitetinin Qazax fılialına qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi ( DİM-in saytından çap edilir).
  2. Attestat və ya ali təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.
  3. Yaşayış yerindən arayış
  4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti ( 2 nüsxədə).
  5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).
  6. Tibbi arayış ( Forma 086)
  7. Fotoşəkil ( Rəngli, 3x4 ölçüdə, 6 ədəd).

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsi və şifrəsini təqdim etməklə mütləq elektron qedivyatdan keçməlidir (elektron qediyyat fılialın əsas binası, I mərtəbə, otaq 113-də aparılacaqdır). Sənədlərin qəbulu avqust ayının 16-dan 25-dək (1-ci mərhələ üzrə) hər gün ( şənbə və bazar, bayram günləri istisna olmaqla) saat 9:00 -dan 17:00-dək fılialın əsas binasının I mərtəbəsində keçiriləcəkdir.

Qeyd:

Ödənişli əsaslarla BDU-nun Qazax fılialına qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən ( müvafıq sənədlər təqdim etməklə) azad olunurlar:

  • Şəhid ailəsi statusu olanlar;
  • Məcburi köçkün statusu olanlar;
  • Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər ;
  • Hər iki valideyn himayəsindən məhrum olan şəxslər (18 yaşınadək);
  • Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və
  • Konstitusiya quruluşunun müdafıəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüvü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları