İnformasiya Texnologiyaları Mərkəzinin strukturu

TEXNİKİ VƏ PROQRAM TƏMİNATI ŞÖBƏSİ
Kompyuter siniflərində tədrisin təşkili işlərinə köməklik göstərir, kompüterlər, ofis avadanlığı və universitetin intranet şəbəkəsində istifadə olunan qurğular barədə tədris müəllimlərinə dəstək verir, intranet şəbəkəsinin genişləndirilməsi məqsədilə layihələndirmədə iştirak edir və texniki işlərin həyata keçiriir, BDU kompüterləri üçün şəbəkə parametrlərini konfiqurasiya edir, texniki avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin edir, şəbəkə və internet resurslarından istifadə etmək üçün maarifləndirmə işlərini aparır, informasiya texnologiyaları bazarınıda tədrisin idarə edilməsində istifadə olunan yeni proqramları öyrənir və tətbiqi barədə təkliflər hazırlayır.

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ŞÖBƏSİ
BDU-nun informasiya resurslarının və məlumat bazalarının təhlükəsizliyini təmin edir, dövlət və ya kommersiya sirri olan məlumatla, habelə işçilərin və tələbələrin şəxsi məlumatlarına icazəsiz daxil olmalardan qorunma işini təşkil edir, BDU-nun korporativ şəbəkəsinin təhlükəsizliyini, istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsini və onlara metodiki köməyin göstərilməsini təmin edir, ümumi internet trafikində kiberhücumların qarşısını almaq məqsədi ilə internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər həyata keçirir, elektron təhlükələr barədə müvafiq tədbirlər görür.

İNFORMASİYA SİSTEMLƏRİ VƏ ŞƏBƏKƏLƏRİN
İNZİBATÇILIĞI ŞÖBƏSİ
Sistem proqramlarının səhvsiz və fasiləsiz işləməsini, şəbəkənin təhlükəsizliyini, şəbəkə infrastrukturunun modernləşdirilməsini təmin edir, informasiya sistemlərinin surətini (backup) yaradır, şəbəkə infrastrukturunun layihəsi üzərində işlər aparır, BDU-nun informasiya sistemlərinin və məlumat bazalarının yaradılmasını təşkil edir, təkmilləşdirilməsini və dəstəklənməsini həyata keçirir, BDU-da istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətini təşkil edir, BDU-nun informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət edir, BDU əməkdaşlarının informasiya sistemlərindən istifadə bacarıqlarının artırılması üçün təlimlər təşkil edir.

İNTERNET TEXNOLOGİYALARI ŞÖBƏSİ
Elektron Universitet, tədrisin idarə olunması, vahid sənəd dövriyyəsi proqram təminatlarının yaradılmasını və ya alınmasını, BDU-nun strukturuna daxil olan və tabeliyində olan qurumlar arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasını təmin edir, internet üzərindən tədbirləri təşkil edir, əməkdaşların BDU-nun üzv olduğu Beynəlxalq internet resurslarına (kitabxana resursları və s.) çıxışını, BDU-nun strukturlarını, əməkdaş və tələbələrini rəsmi e-poçt xidmətləri ilə təmin edir.