Mərkəz haqqında

 
Mərkəzdə İnternet texnologiyaları, İnformasiya sistemləri və şəbəkələrinin inzibatçılığı, İnformasiya təhlükəsizliyi və Texniki və proqram təminatı şöbələri fəaliyyət göstərir. Mərkəz BDU-da informasiya sistemlərinin və məlumat bazalarının yaradılmasını təşkil edir, təkmilləşdirilməsini və dəstəklənməsini həyata keçirir, normativ-hüquqi aktlarda və qanunvericilikdə baş verən dəyişiklik və yeniliklərin müvafiq qurumların təklifi əsasında informasiya sistemləri və məlumat bazalarında nəzərə alınmasını təmin edir, informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətini və BDU əməkdaşlarının informasiya sistemlərindən istifadə bacarıqlarının artırılması üçün təlimlər təşkil edir, informasiya resurslarının və məlumat bazalarının kənar müdaxilələrdən qorunmasını təmin edir, informasiya sistemlərinin istismarının təşkilinə metodiki rəhbərlik edir və bu işlərin icrasına, informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət edir, BDU-nun iştirakçısı olduğu beynəlxalq layihələrdə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı məsələlərin əlaqələndirilməsini təmin edir, BDU-nun fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsini, elektron idarəetmə sistemlərinin yaradılması və inkişaf etdirilməsini təşkil edir, informasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi ilə bağlı informasiya sistemlərini yaradır, yeni informasiya texnologiyalarının öyrənilməsi məqsədilə Mərkəzin əməkdaşlarının təlim səfərlərinə və təlim kurslarında iştirakına dair təkliflər hazırlayır.
KEÇİDLƏR
 
Elanlar