Mərkəzin strukturu

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tərkibində 4 istiqamət üzrə dərnəklər fəaliyyət göstərir.

Elektronika

Təməl elektronika, dövrə elementləri, elektronik ölçü və iş avadanlıqları ilə bağlı təlimlər;

Proqramlaşdırıla bilən mikrosxemlərin (Arduino, Raspberry Pi və.s) əsaslarının öyrənilməsi və bu tip mikrosxemlərin müxtəlif növ sahələrə (Əşyaların İnterneti, M2M texnologiyası və.s) aid layihələrdə istifadə edilməsi, bunun əsasında ağıllı sistemlərin qurulması;

Dron, PUA və uçuş texnologiyası, HM sistemlərinin əsaslarının araşdırılması, kiçik ölçülü dron, PUA, mini-robot layihələrinin hazırlanması;

Bərpaolunan enerji sistemlərinin araşdırılması, günəş panelləri, külək türbinləri, dalğa enerji sistemləri, enerji transfer sistemlərinin araşdırılması və bu istiqamətdə layihələrin hazırlanması;

Müxtəlif növ elektronik cihazların, laboratoriya avadanlıqlarının iş prinsipinin öyrənilməsi, bu istiqamətdə yenilikçi layihələrin hazırlanması, ilkin prototipin yaradılması və patentləşdirilməsi istiqamətində işlərin görülməsi;

Mexanika

 

....................

Materialşünaslıq

Kimya mühəndisliyi, Nanotexnologiyanın əsasları, Biotexnologiya, Biokimya, Biofizika istiqamətlərində elmi araşdırma işlərinin aparılması və seminarların təşkili, tələbələrdən ibarət qrupların yaradılması, onların bu istiqamətlər üzrə təlimi müxtəlif layihələrin hazırlanması;

Müasir tipli elektronik qurğular, elektromobillər, bərpaolunan enerji sistemləri üçün yüksək effektivlikli super tutumlu batareyaların hazırlanması və effektivliyinin artırılması üçün nanohissəcik əsaslı həllərin tətbiqi, batareyaların daxili dizaynlarının araşdırılması, hibrid batareya texnologiyalarının və tətbiq sahələrinin araşdırılması, Li, Li-ion, Li-Po tipli batareya texnologiyalarının araşdırılması və bu tip yüksək tutumlu batareyalar ilə  yüksək güc sıxlığına malik super tutumların hibrid formada işlədilməsi texnologiyasının öyrənilməsi

Yüksək effektivlikli radar adsorbent materialların və texnologiyasının araşdırılması və bu istiqamətdə laboratoriyada elmi tədqiqat işlərinin təşkili

Proqramlaşdırma və internet texnologiyaları

Proqramlaşdırma mühəndisliyinin əsasları, Proqramlaşdırma dillərinin növlərinə uyğun tələbələrdən ibarət qrupların yaradılması və təlimlərə cəlb edilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının araşdırılması, web və mobil tətbiq (app) layihələrinin hazırlanması istiqamətində tələbələrdən ibarət qruplara təlimlərin və seminarların keçirilməsi;

Süni İntellekt Təlimi və Big Data texnologiyası;

Blockchain texnologiyası;

Proqramlaşdırıla bilən mikrosxemlərin hazırlanması, Arduino studionun və kodlaşdırılmasının tələbə qruplarına təlimi;

Şəbəkə təhlükəsizliyi təlimi