Mərkəz haqqında

 
 
  • Mərkəz BDU-da elmi-tədqiqat mövzularının yerinə yetirilməsi haqqında məlumat toplayır, perspektiv mövzular və istiqamətlər barədə proqnozlar verir, mövzu və elmi-tədqiqat işlərinin illik planlarını toplayır və onların plan üzrə icrasına nəzarət edir;
  • Elmi fəaliyyətlə məşğul olan əməkdaşların elmi fəaliyyəti, BDU-da fəaliyyət göstərən Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə statistik məlumatlar hazırlayır;
  • Dövlət proqramlarının, standartların, elmi fəaliyyət sahəsində ümumuniversitet tədqiqat proqramları, qrantlar və müqavilələrin yerinə yetirilməsinə inzibati rəhbərlik və icrasına nəzarət edir;
  • Keçirilən elmi tədbirləri təşkil edir, doktorantura proqramı üzrə yerinə yetirilən elmi işlərə, müxtəlif elm sahələri və ixtisaslar üzrə elmi və elmi-pedaqoji kadr hazırlığına, Tələbə Elmi Cəmiyyəti (TEC) və Gənc Alimlər Şurasının (GAŞ) fəaliyyətinə, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət edir;
  • Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlayır, elmi-texniki əməkdaşlıq sahəsində BDU-nun əlaqə saxladığı xarici dövlətlərin universitetləri, elm və istehsal müəssisələri, birgə işlənən elmi problemlər və alınmış nəticələr, təcrübə mübadiləsi sahəsində görülən işlər, beynəlxalq konfrans, konqres və simpoziumlarda iştirak, beynəlxalq proqramlar üzrə material və təklifləri toplayır;
  • Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərinin dövlət qeydiyyat mərkəzinə təqdim olunması üzrə zəruri hesabatları tərtib edir;
  • Elmi işçilərin yenidən seçilməsinə mütəmadi nəzarəti həyata keçirir və elmi fəaliyyətlə məşğul olan əməkdaşlarının müəyyən olunmuş qaydaya attestasiyasını təşkil edir;
  • İxtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlamaq, onların maliyyələşdirilməsi üçün təkliflər verir;
  • İxtira səviyyəsində olan elmi tədqiqatların Respublikada və xarici ölkələrdə qorunması işlərini təşkil edir, iddia sənədlərinin ekspertizasını keçirir, baxılmağa və dövlət qeydiyyatına təqdim edir;
  • Elmi tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiyalar hazırlayır və yayır, bu istiqamətdə müsabiqələr, baxışlar təşkil edir və kütləvi tədbirlər (seminarlar, informasiya günləri, mütəxəssis günləri və s.) keçirir;
  • Elmi-tədqiqat işlərinin texniki-iqtisadi əsaslandırılması, səmərəliliyinin hesablanması işlərinə elmi-metodiki köməklik göstərir, əlaqədar bölmələri bu barədə rəsmi əsasnamələr və metodik materiallarla təmin edir;
  • Tədris, elmi-texniki, sənaye və təsərrüfat tələblərinə cavab verən elmi-tədqiqat işlərinin və işləmələrin tədris işində və istehsalatda istifadəsinə dair təkliflər hazırlayır.