Fərda Əli oğlu İmanov

Fərda Əli oğlu İmanov

Fərda Əli oğlu İmanov

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

Tel.: (+994 12) 539-15-87

Email: farda_imanov@mail.ru

İmanov Fərda Əli oğlu - coğrafiya üzrə elmlər doktoru, professor

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

 

13 mart 1957-ci il tarixində anadan olub.

1974-1979-cü illərdə Leninqrad Hidrometeorologiya İnstitutunun (LHMİ) Hidrologiya fakültəsində təhsil alıb.

1980-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda çalışıb.

1982-ci ildə LHMİ-nin əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib (11.00.07-Qurunun hidrologiyası, su ehtiyatları və hidrokimya).

Müdafiədən sonra LHMİ-nin Qurunun hidrologiyası kafedrasında əvvəlcə baş elmi işçi, 1991-1992-ci illərdə isə müəllim vəzifəsində işləyib. Həmin illərdə  Rusiyanın Tümen, Pskov, Leninqrad və Çita vilayətləri çaylarının öyrənilməsi məqsədi ilə təşkil olunmuş ekspedisiyalarda iştirak edib.

1992-ci ildən BDU-nun Hidrometeorologiya kafedrasında müəllim işləyib.

1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib (11.00.07-Qurunun hidrologiyası, su ehtiyatları və hidrokimya).

2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir.

2011-2016-cı illərdə BDU-nun Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2016-2021-ci illərdə “Azərsu” ASC-nin “Sukanal” Elmi-tədqiqat və Layihə İnstitutunda direktor, direktor müavini vəzifələrində çalışıb.

1992-ci ildə YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramı tərəfindən Praqa şəhərində Su ehtiyatlarının planlaşdırırılması və idarə olunması üzrə təşkil olunmuş 6 aylıq beynəlxalq kurslarda iştirak edib.

2005-ci ildən YUNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinə sədrlik edir.

1999-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibi kimi fəaliyyət göstərib.

2016-cı ildən Dünya Su Şurasının, 2019-cu ildən isə Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının  İdarə heyətinin üzvüdür.

282 elmi əsərin müəllifidir.

Müxtəlif  xarici ölkələrdə xidməti ezamiyyətlərdə olub və konfranslarda iştirak edib: ABŞ, Yaponiya, Fransa,  Almaniya, Niderland, Macarıstan, Çexiya, Rusiya, Seneqal, Türkiyə, Portuqaliya, Ukrayna, Keniya və s.

2002-ci ildən başlayaraq Cənubi Qafqazda Kür hövzəsi çaylarının öyrənilməsi ilə bağlı Avropa Komissiyasının TACİS Proqramı, BMT-nin İnkişaf Proqramı, İsveçin İqtisadi İnkişaf Agentliyi, Qlobal Ekoloji Fondun həyata keçirdiyi bir neçə regional layihənin milli əlaqələndiricisi olub.

2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.