Xarici tələbələrlə iş şöbəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Universitetdə təhsilə təşviq və cəlb edilməsi, əcnəbilərin ölkə ərazisinə daxil olmalarının qanuniləşdirilməsi (dəvət məktubu, viza), əcnəbilərin yaşayış yeri ilə təmin olunması, ölkədə müvəqqəti yaşamanın rəsmiləşdirilməsi (qeydiyyat), əcnəbi təhsilalanlarla bağlı məlumatların təhlili və hesabatların hazırlanması və xarici tələbələrin təhsilində yaranan çətinliklərin araşdırılması istiqamətində fəaliyyət göstərən inzibati strukturdur.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 01 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq Qərar, əmr, Qaydalarını, o cümlədən Universitetin Nizamnaməsini, Elmi Şurasının qərarlarını, rektorun əmrlərini və Universitetin Strateji İnkişaf Planını rəhbər tutur.