Beynəxalq əlaqələr şöbəsinin əsas fəaliyyət istiqamətləri:
- BDU-nun beynəlxalq əməkdaşlıq sahəsində işlərinin tənzimlənməsinin və təkmilləşdirilməsinin icrasına dəstək vermək;
- BDU-da beynəlxalq mübadilə proqramlarının sayının artırılması işinə dəstək;
- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin əlaqələndirilməsi;
- Dünyanın tanınmış universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının işlənib hazırlanması;
- Universitetdə beynəlxalq və yerli təşkilatların xətti ilə müxtəlif beynəlxalq proqramların, layihələrin həyata keçirilməsi işini əlaqələndirmək.
Beynəxalq əlaqələr şöbəsinin əsas funksiyaları:
- Xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici diplomatik missiyalar və nümayəndəliklər ilə əlaqələrin qurulması;
- Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında iştirakı;
- Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, yay məktəblərinin və digər tədbirlərin keçirilməsi;
- Müxtəlif şöbə və fakültələrin əməkdaşlarının beynəlxalq layihə və proqramlarda iştirakı.
Beynəxalq əlaqələr şöbəsinin əsas vəzifələri:
- Universitetin yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi;
- İkili diplom proqramlarının fakültələrlə birgə işlənilməsinin əlaqələndirilməsi;
- Qrantlar haqqında məlumatların əldə edilməsi və BDU-nun qurumlarının məlumatlandırılması;
- İcra edilən layihələr haqqında məlumat bazasının yaradılması.