İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi BDU-nun kütləvi informasiya vasitələri və ictimaiyyət ilə əlaqələrinin qurulması, Universitetin tədris, təlim-tərbiyə prosesi, elmi fəaliyyət və sosial həyatında baş verən yeniliklərlə tanış edilməsi, təcrübə mübadiləsi və s. həyata keçirir. BDU, onun fakültə və struktur bölmələrinin, tabeliyindəki qurumlarının ictimai təşkilatlar, elm və təhsil müəssisələri, yaradıcı birliklər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə sıx və səmərəli əlaqələrini yaradır, Universitet həyatında baş verən yeniliklərlə, görülən işlər, perspektiv layihələrlə bağlı ictimaiyyəti müntəzəm  məlumatlandırır.

Şöbə Universitetdə aparılan yeniliklər, keçirilən tədbirlər, elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin operativ və mütəmadi məlumatlandırılması məqsədilə struktur bölmələrinin KİV və ictimaiyyətlə əlaqələrini koordinasiya edir, Universitetin informasiya təminatını, təbliğat-təşviqat işlərinin aparılması və bu istiqamətdə təhlillərin hazırlanmasını həyata keçirir.

Şöbənin vəzifələrinə həmçinin yeniliklərlə bağlı press-relizlər, məlumat bülletenləri, müsahibələr, reportajların və s. hazırlanması, mətbuat və ictimaiyyətdən daxil olmuş sorğuların cavablandırılması, tədris, təlim-tərbiyə prosesi, elmi fəaliyyət və sosial həyatda baş verən yeniliklərlə bağlı materialların ictimaiyyətə təqdim edilməsi, BDU əməkdaşlarının KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edilməsi, əlaqələndirilməsi və Universitet tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edilməsi, Universitetin KİV və ictimaiyyətlə əlaqələrində səmərəliliyin artırılması, mətbuatın monitorinqinin aparılması, BDU haqqında nüfuzlu KİV-də dərc olunmuş məlumatların toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsi, bu istiqamətdə təhlillərin aparılması və s. daxildir.

Hazırda İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ölkənin ictimai təşkilatları və aparıcı media qurumları ilə sıx əməkdaşlıq edir. Nüfuzlu kütləvi informasiya vasitələri Universitet həyatı ilə bağlı yeniliklərlə üç dildə - Azərbaycan, rus və ingilis dillərində materiallarla təmin olunur.

2020-ci ildə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi yenidən təşkil edilərək BDU-nun ictimaiyyətlə əlaqələri və informasiya təminatı yeni müstəvidə qurulmuşdur. BDU-nun ictimaiyyətlə əlaqələrin qurulması və informasiya təminatında əhəmiyyətli rol oynayan “Bakı Universiteti” qəzeti və BDU TV-nin fəaliyyəti genişləndirilmiş, “Bakı Universiteti” qəzetinin nəşrinə Jurnalistika fakültəsinin tələbələri cəlb olunmuş, qəzetin dövriliyi təmin edilmişdir. BDU TV tələbə-gənclərin estetik və mənəvi tərbiyəsində mütaliənin rolunu nəzərə alaraq, tələbələr arasında kitab və mütaliəni təbliğ edən müxtəlif onlayn sosial aksiyalar keçirilmiş, COVID-19 pandemiyası dövründə tələbələrə “Ədəbi incilər” seriyasından verilişlər təqdim etmişdir. Televiziya studiyasında “Gələcəyin sədası”, “Maraq nöqtəsi”, Bioviki”, “Techno-İnfo”, “Tarixin yaddaşı”, “Mədəniyyət”, “İdmançı”, ”Sport up”  və s. kimi tələbə verilişləri, “Heykəltəraş”, "Yaxın sahillərdə", "Üzeyir Hacıbəyovun publisistikası", "Aprel qazisi" və s. sənədli filmlər, radio studiyada “Xəbər” informasıya bloku, “Expromt”, “Bu gün”, “Mənim Universitetim”, “Uğurun alqoritmi”, “Ədəbiyyatdan bir gün” və s. veriliş və radiosüjetlər tələbələrin təqdimatında hazırlanmış,  “BDU TV” YOUTUBE kanalı vasitəsilə yayımlanmışdır. “Məzun-2020” onlayn məzun günü və “BDU-ya infotur” adlı tanıtım çarxı təqdim olunmuşdur.

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi ilə birgə “Xilaskar”, “Ulu Öndər”, “Vətən marşı”, “İstiqlaliyyət”, “Deyirəm uşaqlar heç ağlamasın”, “Körpə gülüşü – sevinc himni”, “Bakı Dövlət Universitetinin müəllimləri”, “Milli mədəniyyətimizin Üzeyir zirvəsi”, “Azərbaycan” adlı musiqili kompozisyaları hazırlanmış, “Hər yer Qarabağ, hər kəs Qarabağ” adlı videoçarx, 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi ilə bağlı və torpaqlarımızın erməni işğalından azad edilməsi uğurunda davam edən haqq mübarizəmizə həsr olunan “Şuşa bizi gözləyir”, “Xarı bülbül”, “Həsrətinə qovuşduq, Xudafərin!” adlı qum kompozisiyaları hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanmışdır.

Bakı Dövlət Universitetinin tədris, təlim-tərbiyə prosesi, elmi fəaliyyət və sosial həyatında baş verən yeniliklərlə bağlı materiallar ölkənin AZƏRTAC, APA, “Azərpress”, “Trend”, “Olaylar”, “SalamNews”, “Səs” və s. informasiya agentlikləri, "Azərbaycan", “Xalq qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi” "525-ci qəzet", "Ədalət", "İki sahil", "Olaylar", "Palitra", "Üç nöqtə", "Şərq"  və s. kimi dövri mətbuat orqanlarında, Azertag.az, Trend.az, Tehsil-press.az, Rupor.az, Moderator.az, Az.strategiya.az, Salamnews.org, Mektebgushesi.az, Buta.ws, Aqreqator.az,Tehsil.biz, Rezonans.az, Muallim.edu.az, Azerforum.az, Avropainfo.az, Azpress.az, Palitranews.az, Qht.az və s. yeni media orqanları, AzTV, ATV, REAL TV, ARB24 və s. kimi nüfuzlu kütləvi informasiya vasitələrində müxtəlif tipli material işıqlandırılmışdır.

 

       

2020-ci ildə BDU-nun rəsmi saytında 1030-dan artıq, ölkə KİV-də BDU haqqında 1000-dən artıq material dərc olunmuşdur:

www.bsu.edu.az

CƏMİ

1030

1

Xəbər

800

2

Analitik yazı

170

3

Müsahibə

60

 

Ölkənin kütləvi informasiya vasitələri

CƏMİ

1000

1

Xəbər

700

2

Analitik yazı

200

3

Müsahibə

100

Şöbə BDU-nun rəsmi saytı və sosial media hesablarını idarə edir.

  • BDU-nun rəsmi saytı: www.bsu.edu.az
  • Facebook: @bdu.eduaz1919
  • Twitter: @bdu_eduaz
  • İnstagram: @bdu.eduaz
  • Telegram: @bdu_eduaz
  • YouTube: Baku State University
  • e-mail: press-service@bsu.edu.az
  • Tel.: (+99412) 439-04-78