Tələbə Həmkarlar İttifaqı Komitəsi

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (BDU THİK) 1974-cü ildən fəaliyyət göstərir. Tələbə Həmkarlar İttifaqı  komitəsi  tələbə gənclərin potensialının üzə çıxarılması, tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupa daxil olan tələbələrə maddi dəstək verilməsi, onların sosial problemlərinin həll olunmasına yardım göstərən tələbə təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirir.

BDU THİK tələbələrlə sistemli iş aparır, tədbirlər həyata keçirir, onların ölkənin və BDU-nun ictimai həyatına fəal qoşulmasına kömək edir. Təşkilat əsasən təhsilalanların hüquqlarının qorunması, onların Universitetetin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə aktiv iştirakının təmin edilməsi; tələbələrin sosial problemlərinin həlli, onların təhsil şəraitinin yaxşılaşdırılması, təhsilsalanlar arasında maarifləndirmə işinin aparılması; respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi; tələbələr arasında zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi; tələbələrin iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. istiqamətində fəaliyyət göstərir.

THİK tələbələrin elmə və biliyə olan marağının artırılması, sağlam gənclərin formalaşması, tələbələr arasında vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik və azərbaycançılıq ideyalarının, yoldaşlıq, kollektivçilik münasibətlərinin təbliği, sağalmlığın və təhlükəsizliyin qorunması, asudə vaxtın və istirahətin səmərəli təşkili və s. məqsədilə sistemli iş aparır.

Hazırda BDU THİK Azərbaycan ali təhsil müəssisələri arasında böyük və fəal tələbə həmkarlar təşkilatıdır.

Təşkilatın tərkibində: Kino klubu; Şahmat klubu; Rəsm klubu; İdman klubu; Yazarlar klubu; Texnoklub; Natiqlik klubu; Debat klubu; Xarici dillər klubu; Simvologiya klubu; Gənc rəssamlar dərnəyi; Qiraətçilər dərnəyi fəaliyyət göstərir.