Tələbə poliklinikası

BDU-nun professor-müəllim heyətinə və tələbə kontingentinə Universitetin ərazisində yerləşən 30 nömrəli şəhər poliklinikası tibbi xidmət  göstərir. 1990-cı  ildən fəaliyyətə başlayan poliklinikanın əsas vəzifəsi Universitetin çoxminli müəllim və tələbə kontingentinə tibbi xidmət göstərmək, onların sağlamlıqlarının qayğısına qalmaqdır. Poliklinikada 19 həkim, 18 orta tibb  işçisi çalışır.  Poliklinikada laboratoriya, terapiya, oftalmologiya, fizioterapiya, cərrahiyyə, stomatologiya və digər tibbi otaqlar mövcüddur.  Burada  ultrasəs müayiəsi aparatı, fizioterapeviya avadanlıqları, stomotoloji və digər aparatlar vasitəsilə xəstələrin müayinəsi həyata keçirilir.  Poliklinika laboratoriya otağı ilə təchiz olunub. Burada biokimyəvi və klinik analizlər aparılır. Biokimyəvi analizdə revmatizm, triqliseredlər, xolesterin, şəkər, ALAT, ASAT, hormonlar, kliniki analizlərdə isə qanın ümumi analizi, hemoqlaben, roye, nəcis, sidik və leykositlər yoxlanılır. Həmçinin, laboratoriyada malyariya xəstəliyinin yoxlanılması da həyata keçirilir. Burada qanın ümumi analizi üçün, hormo

nları yoxlamaq üçün və digər bu kimi tibbi avadanlıqlardan istifadə olunur.

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində poliklinikanın tibbi kabineti təşkil olunub. Tibbi kabinetdə fəaliyyət göstərən poliklinikanın həkimi və tibb bacısı liseydə təhsil alan şagirdlər arasında tibbi müayinə işini həyata keçirirlər.

Poliklinika  Bakı Baş Səhiyyə İdarəsi tərəfindən dərman məhsulları və lazımi tibbi ləvazimatlarla təmin olunur.

Poliklinikada aşağıdakı kabinetlər fəaliyyət göstərir:

  1. Terapiya
  2. Oftalmologiya
  3. Fizioterapiya
  4. Cərrahiyyə
  5. Stomatologiya
  6. Nevrologiya
  7. Revmotologiya
  8. Otorinolorinqologiya (LOR)
  9. Laboratoriya
  10. USM (Ultra səs müayinəsi)
  11. Kardiologiya

 

Göz kabinetində gözün refreksiyasının təyini, eynəklərin yazılması, gözün bütün qişalarının təyini, gözdibi müayinə, gözdaxili təzyiqin ölçülməsi, görmə faizinin təyini aparılır.

   

Stomatoloji kabinetdə karieslərin müalicəsi, pulpitlərin müalicəsi, peridontitlərin müalicəsi

Diş əti xəstəliklərinin müalicəsi (parodontoz,qinqivit), dişdaşı ərplərin təmizlənməsi, dişlərin ağardılması, dişlərin rentgen müayinəsi aprılır.

 

USM və EKQ-də qarın boşluğu orqanları, kiçik çanaq orqanları, qalxanvari və süd vəzilərinin müayinəsi, aşağı və yuxarı ətrafların dopleroqramması, üç kanallı elektrokardioqraf aparatı ilə ürəyin elektrokardioqramması həyata keçirilir.

Laboratoriyada kliniki analizlər, biokimyəvi analizlər, hemostaz sınaqlar, infeksiyalar və hormonların təyini aparılır.

Fizioterapiya kabinetində oynaq xəstəlikləri, artroz, artrit, bel fəqərələrinin radikuliti, varikoz damar genişlənməsi, haymorit, rinit, tonzillitin müayinə və müalicəsi aparılır, travmalar və bəzi cərrahi əməliyyatlardan sonrakı bərpa üçün fərqli prosedurların təyin olunur.

COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə BDU-nun əməkdaşları və tələbələri arasında maarifləndirici tədbirlərin keçirilməsində, eləcə də işə və təhsilə cəlb olunmuş əməkdaş və tələbələrin sağlamlıqlarının qorunması, tibbi müayinələrin aparılması və zəruri tədbirlərin görülməsində yaxından iştirak iştirak etmişdir. Bu məqsədlə poliklinikada iki xüsusi otaq ayrılmış və zəruri tibbi ləvazimatlarla təchiz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Dövlət Universiteti əməkdaşlarının vaksinasiyası prosesində poliklinika yaxından iştirak edib.

BDU-nun müraciətini nəzərə alaraq TƏBİB Universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. 

Poliklinikanın baş həkimi Sevinc Höccətovadır.