Sabah Mərkəzi

SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılmışdır. Bakı Dövlət Universiteti SABAH qruplarında 10 ixtisas, 33 qrup üzrə 806 nəfər tələbə təhsil alır. SABAH qrupları 12 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərən, müvafiq ixtisaslar üzrə seçilmiş savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi “SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.

SABAH-IN HƏDƏFLƏRİ
Təhsildə innovativ tədris metodlarının tətbiqi;
Təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi 
Təhsilverənlərin inkişafı və stimullaşdırılması 
Akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası
    SABAH-A QƏBUL
SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.
 
SABAH mərkəzi  əlaqə
Ünvan: Akademik Zahid Xəlilov küçəsi – 23
BDU- 1 saylı bina,3-cü mərtəbə_SABAH mərkəzi Indeks: AZ 1148 Bakı şəhəri, AZ-1073/1 Azərbaycan Respublikası Tel.: (012) 538 60 15 E-mail: bdusabah@sabah.edu.az