![]() |
Bakı Dövlət Universiteti yüksəkixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti |
2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalqımızın dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi kursunu müvəffəqiyyətlə həyata keçirir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Bakı Dövlət Universiteti (BDU) xalqımızın tarix boyu əldə etdiyi milli-mənəvi dəyərlərin və sərvətlərin sırasında misilsiz əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Universitetin xalqımız qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək, “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Böyük tarixi əhəmiyyət daşıyan Sərəncamda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi-tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.
|
|
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Universitetin 80 illik yubiley mərasimində (1999)
|
Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük tohfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir”.
BDU-nun Sərəncamda qeyd olunan uğurlarının əldə olunmasında Ümummilli Lider Heydər Əliyevlə yanaşı, cənab Prezident İlham Əliyevin də diqqət və qayğısı əhəmiyyətli rol oynamışdır. Azərbaycan xalqı və dövlətinin gələcək inkişafının davamlı təmin edilməsi, elmin və təhsilin, o cümlədən BDU-nun tərəqqisi, onun ən aparıcı elm və ali təhsil mərkəzinə çevrilməsinə xüsusi diqqət və qayğı göstərmişdir.
Bundan ruhlanan Universitet kollektivi öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağa başlamışdır. Tədrisin yenidən qurulması, idarəçilik strukturunda aparılan dəyişikliklər və islahatlarla bərabər, elm və təhsilin dünya standartları səviyyəsinə yüksəldilməsi və inteqrasiyası məqsədilə də əhəmiyyətli işlər görülmüş, yeni və müasir ixtisaslar, kafedralar, laboratoriyalar, elm və tədris mərkəzləri və s. fəaliyyətə başlamışdır.
BDU ictimaiyyət ilə sıx əlaqədə fəaliyyət göstərmək üçün bütün mümkün imkanlardan istifadə edir. Universitet kollektivi üçün belə imkanlardan biri Prezident cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” olmuşdurr. Proqramın 2.20-ci bəndinin icrasını təmin etmək məqsədilə, BDU-nun Elmi Şurasının qərarı ilə 2012-ci ildə Hüquq fakültəsinin nəzdində Hüquq Klinikası yaradılmışdır. Klinikanın əsas fəaliyyət sahəsi əhalinin hüquqi yardım almaq hüququndan daha səmərəli istifadə etməsinə kömək etmək, həmçinin Hüquq fakültəsi tələbələrinin peşə vərdişlərinə yiyələnməsinə nail olmaqdır. 2013-cü ildən Hüquq Klinikası artıq Hüquq fakültəsinin struktur bölməsinə çevrilmiş və Universitetin büdcəsindən maliyyələşdirilməyə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli Sərəncamında Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən, ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avropa təhsil məkanında vahid kredit sisteminin yaradılması, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, tələbələrin mobilliyinin təmin olunması, Avropa universitetlərinə inteqrasiyası, təhsilin və biliyin keyfiyyətinin yüksəldilməsi və ona dünya miqyasında artan tələbatın təmin edilməsi məqsədi ilə hazırda Universitetdə ali təhsilin hər üç – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırılmışdır.
![]() |
|
Prezident İlham Əliyevin Universitetin yeni tədris korpusunun açılış mərasimində çıxışı (2008)
|
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Universitetin yeni tədris korpusunun açılış mərasimində (2008) |
Kadr hazırlığının səviyyəsini daha da yüksəltmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə bütün fakültələrdə I–III kurslarda xarici dillərin tədrisi barədə qərar qəbul edilmiş, xarici dillərin, xüsusilə, ingilis, alman və fransız dillərinin tədrisinin böyük önəm kəsb etdiyi nəzərə alınaraq, yeni təhsil texnologiyalarına əsaslanan linqafon kabinetləri istifadəyə verilmişdir. Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mütəşəkkilliyinin Bolonya bəyannaməsinin tələblərinə uyğun artırılması məqsədilə fakültələrdə ingilisdilli qruplar yaradılmışdır. Xarici dillərdə tədrisin genişlənməsilə əlaqədar bir neçə bölmənin yaradılması, BDU-nun beynəlxalq nüfuzunun daha da yüksəlməsi nəticəsində Universitetdə təhsil alan xarici ölkə vətəndaşlarının sayının artması, əvvəlki illərdən fərqli olaraq, onların Azərbaycan dilində ali təhsil almaq istəyinin olması Azərbaycan dilinin tədrisi keyfiyyətinin yaxşılaşdırılması ilə nəticələnmişdir. Bu proses zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Sərəncamı və bu barədə 2013-cü il aprelin 9-da qəbul edilmiş Dövlət Proqramı əsas götürülmüşdür.
Sonuncu tədris korpusunun istifadəyə verildiyi 1988-ci ildən sonra keçən dövr ərzində BDU-da yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutlarının açılması, tələbələrin sayının artması tədris prosesinin təşkilində müəyyən problemlər yaratmışdı. Elm və təhsilin böyük təəssübkeşi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun yeni korpusunun inşası prosesi ilə yaxından maraqlanmış, xüsusi göstərişi ilə tikinti işləri üçün vəsait ayrılması sayəsində binanın tikintisini tez bir zamanda başa çatdırmaq mümkün olmuşdur.
BDU-nun 90 illik yubileyi ərəfəsində kollektivin tədris və elmi fəaliyyət şəraitinin yaxşılaşdırılması, həmçinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərdən biri 2008-ci il sentyabrın 15-də yeni tədris korpusunun istifadəyə verilməsi oldu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş və geniş nitq söyləmişdir. Prezident çıxışında Universitetin ölkənin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkərək, professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışaraq, təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq, xarici ölkələrlə əlaqələri genişləndirmək, yeni təcrübəni öyrənmək və tətbiq etmək, təhsil almaq üçün azərbaycanlı gəncləri qabaqcıl universitetlərə göndərmək kimi strateji məqsədləri irəli sürmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli Sərəncamına əsasən, BDU-nun 90 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Noyabrın 2-də keçirilən yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək təbrik nitqi söyləmişdir. Prezident Universitetin xalqımız qarşısında tarixi missiyasını yüksək qiymətləndirərək demişdir: “Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş Universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün Universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, Universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır... Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. “
![]() |
||
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Universitetin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı (2009)
|
Prezident İlham Əliyevin bu çıxışı müasir mərhələdə bütövlükdə Azərbaycanda, o cümlədən BDU-da elm və təhsilin gələcək inkişafının əsas strategiyasını, onun məqsədlərini, mahiyyətini və həyata keçirilməsi yolları və üsullarını dəqiq müəyyənləşdirmiş, onun perspektivlərini açıqlamışdı. Yubiley mərasimində Prezident İlham Əliyevə Bakı Dövlət Universitetinin Fəxri doktoru diplomu təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən BDU-nun 90 illik yubileyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Universitetin 107 əməkdaşı fəxri adlarla təltif olunmuşdur. Onlardan 7 nəfəri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 9 nəfər “Əməkdar elm xadimi”, 32 nəfər “Əməkdar müəllim”, 2 nəfər Əməkdar hüquqşünas, 1 nəfər Əməkdar jurnalist,1 nəfər Əməkdar mühəndis, 1 nəfər Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş, 1 nəfər “Şərəf” ordeni, 1 nəfər “İstiqlal” ordeni, 14 nəfər “Şöhrət” ordeni, 38 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Universitet kollektivi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin elm və təhsil siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir. Qeyri-neft sektorunun və insan kapitalının inkişafının vacibliyini dəfələrlə qeyd edən ölkə Prezidenti cənab İlham Əliyev alimlər qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Universitetin professor-müəllim heyəti məhz bu strategiyanı əsas tutaraq, ölkənin elm və təhsil potensialının güclənməsinə, ölkə üçün yüksəkixtisaslı, savadlı, vətənpərvər kadrlar hazırlanmasına böyük səy göstərir.
BDU kollektivi Dövlət Proqramlarının (“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası; “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”; “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” və s.) təhsil müəssisələri üçün nəzərdə tutulmuş tədbirlərinin icrası ilə əlaqədar öz üzərinə düşən vəzifələri müəyyən etmişdir. Bu məqsədlə BDU-nun Strateji İnkişaf Planı hazırlanmışdır. Sənəd müasir mərhələdə həyata keçiriləcək strategiyanın mahiyyətini, təhsil sahəsində beynəlxalq təcrübə və meyilləri, Azərbaycan Respublikasında təhsil sisteminin başlıca vəzifələrini, strategiyanın məqsədlərini, istiqamətlərini, strateji hədəfləri və tədbirləri, onun uğurla həyata keçirilməsi üçün əsas şərtləri müəyyənləşdirir. Planda Universitetin missiyasının dünya standartlarına uyğun çoxprofilli, fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislər hazırlanmasından ibarət olduğu göstərilmişdir.
Dövlət proqramlarında nəzərdə tutulan məsələlərdən biri də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. Bu baxımdan, beynəlxalq ikili diplom proqramlarının BDU-da tətbiqinin təmin olunması xüsusi önəm kəsb etdiyindən ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə tədris dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılır, imzalanmış müqavilələr əsasında mühüm işlər görülür.
Universitet alimlərinin tədqiqatlarının dünya elminə inteqrasiyası və Azərbaycan elminin beynəlxalq arenaya çıxarılması istiqamətində önəmli addımlar atılır. BDU-nun beynəlxalq əməkdaşlıq və xarici əlaqələr sahəsində təcrübəsini nəzərə almaqla, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə mühazirə oxumaq üçün tanınmış əcnəbi alimlərin, təhsil və elm xadimlərinin dəvət edilməsi, işgüzar əlaqələrin genişləndirilməsi, müəllim, doktorant, magistrant və tələbələrin mobilliyinin artırılması istiqamətində çoxsaylı addımlar atılmışdır. Yüksək intellektə malik insan kapitalının formalaşması, gənclərin xaricdə təhsil almasının dəstəklənməsi, xaricdəki qabaqcıl elm və təhsil mühitinin Azərbaycana gətirilməsi üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı qəbul edilmişdir.
Belə uğurlu fəaliyyətə hədəflənməyin nəticəsidir ki, bugün beynəlxalq inteqrasiya prosesində, təhsildə və elmdə mühüm nəticələr əldə edilir. BDU-da aparılan elmi tədqiqatların qiymətləndirilməsi və gənclərin elmə cəlb edilməsində mühüm hadisə Preziden