BDU-NUN ELMİ ŞURASININ TƏRKİBİ
Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə BDU-nun rektoru (sədr), tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, ETİ-lərin, filialların və digər struktur bölmələrinin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, tələbə gənclər təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, veteranlar şurasının, tədris-metodik şuranın sədrləri daxil olurlar. Elmi Şuranın diğər üzvləri professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edə bilər. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri BDU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər.