Himayəçilər Şurası ali təhsil müəssisəsinin (ATM) inkişafına yardım edir, ictimai əsaslarla fəaliyyət göstərir. Şura üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən ibarət olmaqla təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir. ATM-də təhsil xidmətlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ATM-in dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, ATM-ə büdcədənkənar vəsaitlərin cəlbi və onun infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirir.
BDU-NUN HİMAYƏÇİLƏR ŞURASININ TƏRKİBİ