İqtisadiyyat və Humanitar Kolleci

Kollec 1922-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyətə başlamış, 1963-cü ildən Bakı Plan-Uçot Texnikumu adı ilə fəaliyyət göstərmişdir. 2002-ci il 26 avqust tarixində Azər­baycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Plan-Uçot Texniku­mu­nun bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyul tarixli 250 nömrəli Qərarı ilə Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

Kollecdə aşağıdakı təhsil proqramları (kurikulumları) həyata keçirilir:

- tam orta təhsil (ümumi orta təhsil bazasından təhsil alanlar üçün);

- orta ixtisas təhsili;

- əlavə təhsil.

Kollecə həm orta təhsil (9 illik), həm də tam orta təhsil (11 illik) bazasından dövlət hesabına və ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir.

Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

– Mühasibat uçotu;

– Maliyyə işi;

– Bank işi;

– Kitabxana-informasiya təminatı;

– Arxiv işi və kargüzarlıq;

– Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;

– Məktəbəqədər təlim və tərbiyə;

– Ailə və ev təhsili.

Hazırda Kollecdə (2020/2021-ci tədris ili üçün) 1023 tələbə təhsil alır.

Kollecdə kadr hazırlığı ilə 121 müəllim məşğul olur.

Kollec Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşir.