Kampus

 

 

 Bakı Dövlət Universiteti (BDU) Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi,  33 ünvanında yerləşir,  ərazisi 8,65 hektar sahəni əhatə edir. Müvafiq ərazidə 5 tədris korpusu, o cümlədən 3 562,5 kv.m. sahəsi olan dördmərtəbəli Əsas bina (1969-cu ildə tikilib),   13 193,7 kv.m. sahəsi olan onmərtəbəli 1 saylı tədris korpusu (1978-ci ildə tikilib),  9 859,3 kv.m. sahəsi olan onmərtəbəli 2 saylı tədris korpusu (1987-ci ildə tikilib), 12 112,0 kv.m. sahəsi olan onmərtəbli Yeni tədris korpusu (2013-cü ildə tikilib) yerləşir. Ərazidə, həmçinin, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Fizika Problemləri və Tətbiqi Riyaziyyat Elmi tədqiqat institutlarının ikimərtəbəli inzibati binası, müxtəlif laboratoriyaların yerləşdiyi birmərtəbəli tikililər və yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti üçün 2022-ci ildə rekonstruksiya edilmiş birmərtəbəli   tikili və ikimərtəbəli yeməkxana binası da yerləşmişdir. 
BDU-nun ərazisində hazırda “Yüksək Texnologialar Mərkəzi” üçün (Mükəmməllik Mərkəzinin) yeddimərtəbli inzibati binasının tikintisi həyata keçirilir ki, gələcəkdə Universitetin elmi laboratoriyalarının burada yerləşdirilməsi, yüksək və  innovativ avadanlıqlar əsasında  fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. BDU-nun həyətində İdman-Sağlamlıq Mərkəzi, üzgüçülük kompleksi və futbol meydançası da tikilərək tələbələrin istifadəsinə verilmişdir.