![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Elmin səmasında güntək doğuldun, Yurdumun ilk təhsil ocağı oldun. Gənclərə bir ana qucağı oldun – Sənə könül verdim, mən ana dedim, Bakı Dövlət Universitetim. |
Həmişə cavansan, keçsə yüz illər, Əbədi baharsan, ötsə fəsillər. Sən elə mayaksan – neçə nəsillər, Sənin işığında yol keçib gəlir, Hələ gələcəyə yol gedəcəklər. |
Elmindən nur gəldi gözlərimizə, Arxa, dayaq oldun hər birimizə, İnsanlıq dərsi də öyrətdin bizə - Sənin zəhmətini kim unudar, kim, Əziz Bakı Dövlət Universitetim |
Tələbə, müəllim – hər bir övladın, Sənin eşqin ilə qurub-yaradır. Qürurla səslənir hər yerdə adın – Qəlbimdə gedirsən, hayana gedim, Doğma Bakı Dövlət Universitetim.
|
Uğurlu bu günün, şanlı dünənin, Dahilər su içdi əlindən sənin, Xoşbəxt övladısan xoşbəxt Vətənin – Sən dostum, sirdaşım, saf məhəbbətim, Mənim Bakı Dövlət Universitetim!... |
söz: Baba Vəziroğlu
mus: Nailə Mirməmmədli