BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının,
    Azərbaycan Respublikasının milli sərvətidir,
    milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi fəaliyyət
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi proqram, layihə və qrantlar
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • İllik elmi hesabatlar
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL HƏYAT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU Mətbəəsi
      • Bakı Universiteti nəşriyyatı
      • BDU könüllüləri
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • BDU-nun beynəlxalq əlaqələri
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq proqram və layihələrdə iştirak
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplomlar
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • az
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub

            BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub

            2 Dekabr 2022 16:30

            BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Qlobal istiləşmə və onun törədə biləcəyi fəsadlar” mövzusunda tədbir keçirilib.

            Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov ümumbəşəri xarakter daşıyan ekoloji problemlərin yaranma səbəbini insanların təbiətə istehlakçı münasibəti ilə əlaqələndirib. O qeyd edib ki, müasir sivilizasiya təbiət üzərində üstünlüyə can atır, bu isə digər canlılarla yanaşı, insanların həyatını da ciddi təhlükə qarşısında qoyur.
            Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, coğrafiya elmləri doktoru, professor Telman Xəlilov “Qlobal iqlim dəyişmələri və Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə nail olunması” mövzusunda çıxış edib. O, hazırda hava, torpaq, su kimi ətraf mühit komponentlərinin sənaye və istehsal mərkəzləri tərəfindən atılan tullantılarla çirkləndirildiyini bildirib. Onun sözlərinə görə, nəhəng texnogen çirklənmə mənbələri hesabına Yerin atmosfer təbəqəsi özünü zəhərli tullantılardan təmizləmə qabiliyyətini aşağı salıb. Suyun bütün canlılar üçün ən vacib mineral olduğunu diqqətə çatdıran Telman Xəlilov onu başqaları ilə əvəz etməyin mümkünsüzlüyünü bildirib və  sudan səmərəli istifadə yollarından danışıb.

            Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov iqlim dəyişmələrinin yeni nəzəriyyələri haqqında tədbir iştirakçılarına məlumat verib. Dünyada və Azərbaycan Respublikasında meteoroloji quraqlığın müasir vəziyyətini qiymətləndirən Əsgər Məmmədov əsas quraqlıq göstəricilərini və məhsuldarlığa təsir edən proseslərin risklərini təhlil edib. O, yağıntı ilə qlobal istiləşmə arasında xətti əlaqənin axtarılması ilə razılaşmadığını bildirib. Qeyd edib ki, bəzi regionlarda qlobal istiləşmədən asılı olaraq yağıntılar artdığı halda, bəzilərində bu əlaqələr pozulub.

            Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, Əməkdar elm xadimi İmran Abdullayev çıxışında Günəş aktivliyinin yer kürəsində gedən qlobal istiləşmədə mühüm rol oynadığını bildirib. O, həmçinin antropogen amillər nəticəsində ətraf mühitə göstərilən zərərli təsirlərdən danışıb, şəhərsalma prosesində yol verilən qüsurların aradan qaldırılması, meşə sahələrinin artırılmasının zərurətini önə çəkib.

            Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova son vaxtlar dünyada artan əsəb xəstəlikləri və intiharların səbəblərindən birini insanların ətraf mühitə göstərdikləri təzyiq ilə əlaqələndirib. O, qeyd edib ki, hələ tam məhv edilməmiş təbiət mənzərələri bir sıra xəstəlikləri və stressi aradan qaldırır, insanları yaradıcılığa sövq etdirir. Eybəcər hala salınaraq şikəst edilmiş təbiətlə təmas isə dağıdıcı impulslara təkan verir, fiziki və psixi sağlamlığı məhv edir.

            BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub
            BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub
            BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub

            Son XƏBƏRLƏR

            02.02.2023 | 14:57

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            02.02.2023 | 14:49

            BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

            02.02.2023 | 14:39

            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

            02.02.2023 | 13:47

            BDU-nun 14 komandası “TEKNOFEST-2023”ün növbəti mərhələsinə vəsiqə qazanıb

            02.02.2023 | 12:51

            2023-cü il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU məzunudur

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
            Əlaqə Tel.: (+99412) 439 08 58 / 439 05 17 info@bsu.edu.az © BDU, Bakı - 2021