BDU-nun 2 alimi “World's Top 2% Scientists” reytinq siyahısında yer alıb

23 Noyabr 10:58

BDU-nun 2 alimi “World's Top 2% Scientists” reytinq siyahısında yer alıb

ABŞ-ın Stenford Universiteti hər il ənənəvi olaraq “Dünyanın ən nüfuzlu alimlərinin 2%-i” (World's Top 2% Scientists) reytinq siyahısını tərtib edir.  2021-ci il üçün tərtib olunmuş siyahıda müxtəlif elm sahələri üzrə dünyanın 149 ölkəsindən 190064 alim yer alıb. Onlardan 25-i dünyanın müxtəlif nüfuzlu universitetlərində çalışan azərbaycanlı alimlərdir.

Bakı Dövlət Universitetinin (BDU) 2 alimi - BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri Şahin Ağayev və BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov da reytinq siyahısına daxil edilib.

Reytinq siyahısı ELSEVIER şirkətinin SCOPUS bazasının məlumatları əsasında tərtib olunur. Alimin il ərzində SCOPUS bazasına daxil olan jurnallarda dərc olunmuş məqalələrinin sayı, il ərzində məqalələrə istinadların sayı, alimin h-indeksi, özü-özünə istinadlar və istinad sayının istinad edilən məqalələrin sayına olan nisbəti nəzərə alınır. Müsabiqədə iştirak etmək üçün alimin il ərzində SCOPUS bazasına daxil olan jurnallarda ən azı 5 məqaləsi dərc olunmalıdır.

Reytinq siyahısı 176 altsahədən ibarət 22 elm sahəsi üzrə tərtib edilir. Onu da qeyd edək ki, Şahin Ağayev fizika və astronomiya, Kamran Mahmudov isə kimya elm sahələri üzrə siyahıda yer alıblar.

Ətraflı məlumatı https://elsevier.digitalcommonsdata.com/datasets/btchxktzyw/3 veb səhifəsindən əldə etmək olar.