Mexanika-riyaziyyat fakültəsində cisimlərin yükdaşıma qabiliyyətlərinə ətraf təsiri öyrənilir

7 İyun 13:27

Mexanika-riyaziyyat fakültəsində cisimlərin yükdaşıma qabiliyyətlərinə ətraf təsiri öyrənilir

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Konstruksiya elementlərinin  və cisimlərin yükdaşıma qabiliyyətlərinə ətraf təsirinin  statika və dinamika məsələləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarda Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının dosenti Yusif Sevdimaliyev məruzə edib. Məruzədə tədqiqat obyekti olaraq üçlaylı sferanın qeyri-ideal kontakt şərtlərində dinamika məsələsinə baxılıb və sərbəst rəqslərin tezliyin kontakt şərtlərindən asılılığının analizi aparılıb. Məsələnin riyazi modelinin qurulması uyğun sərhəd və laylararası kontakt sərtlərində hissə-hissə bircins cisimlər üçün elastikiyyət nəzəriyyəsinin və riyazi fizika məsələsi olaraq ayrılıqda hər bir oblast  üçün modelləşdirilməsinə gətirilib. Məsələ  disret-analitik metodla həll edilib.

Seminar BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, professorlar Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev, Hamlet Quliyev, Yaşar Mehrəliyev və başqalarının sual və çıxışları ilə davam etdirilib.