Şərqşünaslıq fakültəsinin tələbəsi beynəlxalq yarışda qalib gəlib

8 İyun 12:50

Şərqşünaslıq fakültəsinin tələbəsi beynəlxalq yarışda qalib gəlib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Koreya üzrə regionşünaslıq ixtisasının III kurs tələbəsi Zərbəyim Həsənova Koreyanın Sungkyunkwan Universitetinin təşkilatçılığı ilə keçirilən onlayn yazı müsabiqəsində qalib gəlib.

Hər il Koreya, Çin, Mərkəzi Asiya və Avropa regionları üzrə keçirilən yarışda Z.Həsənova “İnsanlararası münasibət (“인연”)” mövzusu ilə Avropa regionunda ölkəmizi təmsil edib. Yarışın nəticələriinə əsasən Z.Həsənova Avropa regionu üzrə II yerə layiq görülüb. Regionlar üzrə yer tutan iştirakçılar avqust ayında dünya üzrə final yarışında iştirak edəcəklər.