Xarici tələbələr

Əcnəbi tələbələrin mövcudluğu, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və qazandıqları uğurlar Bakı Dövlət Universitetinin beynəlxalq rəqabətliliyinin artırılmasında, ölkədaxili və xarici reytinqinin yüksəlməsində, Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəricisində mühüm yer tutur.
Beynəlxalq araşdlrmalara görə XXI əsrin əvvəllərində dünya üzrə əcnəbi tələbələrin sayı 2,5 milyon təşkil edirdisə, proqnozlara əsasən 2025-ci il üçün dünya üzrə əcnəbi tələbələrin sayı 7,5 milyona çatacaqdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) verdiyi məlumata görə dünyada  təhsil xidmətlərinin əsas ixracatçıları kimi tanınan ölkələr aşağıdakılardır: ABŞ — 18%, Böyük Britaniya – 10%, Avstraliya – 7%, Almaniya – 7%, Fransa -7%, Kanada — 5%, Rusiya – 4% və İspaniya – 2%.
Ən çox xaricdə təhsilə meylli olan əcnəbilər isə Çin və Hindistan vətəndaşlarıdır. 
Təsadüfi deyilki ölkə başçısının 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamına əsasən fəaliyyət göstərən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında da əcnəbi vətəndaşların mobilliyinə xüsusi yer ayrılıb. 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin açıqlamasına görə 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən olmaqla 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır ki, onlardan da 381 nəfəri Bakı Dövlət Universitetindədir.
Bakı Dövlət Universitetində xarici ölkə vətəndaşlarının  mütəxəssis kimi hazırlığına 1968-ci ildən etibarən başlanılmışdır və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı  yüksək səviyyədə həyata keçirilir. Bu gün universitet məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər. 
Hal-hazırda Bakı Dövlət Universitetində 23 ölkədən əcnəbi vətəndaş təhsil alır.
Artıq uzun illərdir ki, Sosial elmlər və psixologiya fakültəsi əcnəbi tələbələrin sayına görə liderliyi qoruyub  saxlayır. Cari tədris ilində Universitetdə təhsil alan əcnəbi vətəndaşların 30% Sosial elmlər və psixologiya fakültəsinin, 18% Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, 9% Filologiya, 7% Hüquq fakültəsinin payına düşür. Tətbiqi riyaziyyat və kibernetika ilə Tarix fakültələrində əcnəbi tələbələrin 6% təhsil alır. Əcnəbi vətəndaşlar tərəfindən tərcih edilməyən fakültələr kimi Geologiya, Coğrafiya, Ekologiya, Kitabxanaçılıq və informasiya fakültələrini qeyd etmək olar.
NİYƏ BDU?
 
•   Azərbaycanın ilk təhsil ocağı olan BDU 1919-cu ildə fəaliyyətə başlamışdır;
•    Bu gün BDU-nu seçənlərin sayı 24000-dən çoxdur;
•    Əcənəbi tələbələrin sayına görə BDU ölkə üzrə ilk  5  universitetdən biridir;
•    4000+ əcnəbi məzun hədəfinə çatıb;
•    BDU-nun 16 fakültəsində 70+ bakalavriat, 230+ magistratura, 110+ doktorantura ixtisası üzrə kadr hazırlığı həyata keçirilir;
•    Üç dildə - Azərbaycan, rus, ingilis – təhsil alma imkanı;
•    BDU-da 20+ tədqiqat laboratoriyası, 3 tədqiqat  mərkəzi, 2 tədqiqat institutu fəaliyyət göstərir;
•    Tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Mədəniyyət - yaradıcılıqİdman-sağlamlıq Mərkəzləri yaradılıb;
•    Zəngin Elmi Kitabxanadan yararlanma imkanları;
•    Müasir tələblərə cavab verən YATAQXANA;
•    Ödənişsiz tibbi xidmətPsixoloji yardım sektoru;
•    Fransa, Almaniya, İsrail və Qazaxıstanın nüfuzlu universitetləri ilə İKİLİ DİPLOM proqramları;
•    QS World University Rankings 2021”-nin açıqlamasına görə, BDU 1001+ yerdə qərarlaşmışdır. BDU 2021-ci ildə “QS World University Rankings: Eastern Europe and Central Asia” reytinq siyahısında isə 211+ sırada yer almışdır;
•    “RUR (Round University Ranking)” tərəfindən açıqlanan 2021-ci il üçün dünya universitetlərinin reytinq siyahısında dünyanın müxtəlif ölkələrindən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib; Siyahıda 650-ci yerdə qərarlaşan BDU Azərbaycan ali məktəbləri arasında yenə birinci olmuşdur;
•    “Webometrics Ranking of World Universities” reytinqində dünyanın müxtəlif universitetləri sırasında BDU 2021-ci il üçün 3395-ci sırada yer almışdır;
•    “Scimago Institutions Ranking” reytinqində 3897 universitet sırasında BDU 852-ci sırada yer almışdır;
 
 
Onlayn müraciət 
 

Xarici tələbələrin qəbulu:

Qəbul prosesi

Onlayn müraciət

Viza və qeydiyyat

Mütəmadi verilən suallar