“EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar

21 İyun 13:40

“EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində Bakı Dövlət Universitetinin təbiət elmləri fakültələri və elmi-tədqiqat institutlarının professor-müəllim heyəti, tədqiqatçıları və tələbələri üçün 2021-ci il iyun ayının  23-ü saat 11:00-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar keçirəcək.

Təlim-seminar elmi araşdırmalar zamanı indekslənən jurnallardakı tammətnli məqalələrdən istifadə qaydalarına, məqalələrə istinadlara və çoxsaylı jurnal arxivlərindən istifadə imkanlarına həsr olunub. Təlim-seminarda tədqiqatçılara beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün indekslənən jurnalların seçimi istiqamətində məlumat veriləcək, BDU əməkdaşlarına elmi araşdırmaları zamanı bu platformadan 9 mindən çox elmi jurnalldan maneəsiz istifadə yollarından bəhs olunacaq.

Həmçinin tədqiqatçılara BDU-nun Elmi Kitabxanasının üzvü olduğu beynəlxalq EİFL.net konsorsiumu çərçivəsində beynəlxalq nəşriyyatlarla əməkdaşlıq edilməsi, təklif olunan açıq elektron resurslara əlyetərliyin təmin olunması  və  Open Access jurnallarda məqalə nəşrinə endirimli (discount) qiymətlər haqqında məlumat veriləcək.

Qoşulmaq üçün bura klikləyin