Beynəlxalq əlaqələr şöbəsi

BDU-nun Beynəlxlaq əlaqələr şöbəsinın əsas fəaliyyəti universitetin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, nüfuzlu universitetlər arası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrin qurulması və Bakı Dövlət Universitetinin beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn məsələlərin həllini özündə ehtiva edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir.  
Ümumiyyətlə, BDU-nun beynəlxalq əməkdaşlıq tarixi uzun illərin ənənələrinə, tarixi təcrübəyə söykənir və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrin qurulması daima prioritet məsələ hesab olunur. Ötən əsrin 70-ci illərindən başlayaraq BDU-nun professor-müəllim heyəti xarici ölkələrin elm və tədris müəssisələrində fəaliyyət göstərmiş, tələbə və aspirantlar xarici ölkə universitetlərində təhsil almışlar. Hətta bir sıra ölkələrdə məhz BDU alimlərinin sayəsində elmi məktəblərin əsası qoyulmuş və bir sıra elm sahələri inkişaf etmişdir. 
Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan Bakı Dövlət Universiteti dünyanın bir çox nüfuzlu universitetləri ilə ortaq layihələr icarsını həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir. BDU-nun beynəlmilələşmə strategiyasına uyğun olaraq beynəlxalq əlaqələr şöbəsi strategiyada öz əksini tapan dörd əsas istiqamət – akademik əməkdaşlıq, ictimai etimad və nüfuz, xarici əlaqələr və Proqramlar və qrantlar üzrə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. 
Hazırda BDU-nun dünyanın 30-dan çox ölkəsinin 90-dan çox Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində BDU tələbələrin və əməkdaşların mübadiləsi, birgə elmi layihələrin hazırlanmasını və ortaq proqramların, kursların və tədris planlarının hazırlanmasını həyata keçirir.

Beynəlxalq əlaqələr şöbəsinin əsas fəaliyyət istiqamətləri:

  • BDU-nun beynəlxalq əlaqələrinin inkişaf startegiyasına uyğun olaraq beynəlxalq əməkdaşlıq sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək;
  • BDU-da beynəlxalq mübadilə proqramlarının sayının artırılması istiqamətində fəaliyyəti təşkil etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
  • Dünyanın nüfuzlu universitetləri ilə beynəlxalq ikili diplom proramlarının işlənib hazırlanması;
  • Universitetdə beynəlxalq və yerli təşkilatların xətti ilə müxtəlif beynəlxalq proqramların, layihələrin həyata keçirilməsi işini əlaqələndirmək.

Beynəlxalq əlaqələr şöbəsinin əsas funksiyaları:

  • Xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
  • Beynəlxalq əməkdaşlıq proqramlarının təşkili;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici diplomatik missiyalar və nümayəndəliklər ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında iştirakının təmin edilməsi;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, yay məktəblərinin və digər tədbirlərin keçirilməsi;
  • BDU-nun əməkdaşlarının xarici universitetlərdə staj keçmələrinin təşkil edilməsi;
  • Əcnəbi müəllimlərin BDU-nun tədris prosesinə cəlb edilməsi;
  • Müxtəlif şöbə və fakültələrin əməkdaşlarının beynəlxalq layihə və proqramlarda iştirak etmələri üçün qarşılıqlı məsləhətləşmələrin aparılması;

Beynəlxalq əlaqələr şöbəsinin əsas vəzifələri:

  • Universitetin yerli və xarici təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığının təşkili;
  • Elm-təhsil sahəsində xarici universitetlərlə əlaqələrin qurulması və Əməkdaşlıq müqavilələrinin imzalanmasına və icrasına nəzarət;
  • Xarici partnyorlarla birgə tədris proqramlarının hazırlanması;
  • Beynəlxalq layihə və proqramlar haqqında məlumatın əldə edilməsi, onlarda iştirak etmək üçün tələb olunan şərtlərin öyrənilməsi və BDU-nun tələbə, magistrant və doktorantlarının məlumatlandırılması;
  • İkili diplom proqramlarının fakültələrlə birgə işlənib hazırlanması;
  • Qrantlar, iştirak şərtləri, sənədlərin təqdim edilməsi vaxtı haqqında məlumatların əldə edilməsi və müvafiq şöbələrə çatdırılması;
  • İcra edilən layihələr haqqında məlumat bazasının yaradılması;
  • Tədris prosesində qabaqcıl beynəlxalq ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunması;
  • Tələbə-müəllim mübadiləsi;
  • Dəvət məktublarının hazırlanması, xarici qonaqların yerləşməsinə köməkliyin göstərilməsi.

 

 

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə əlaqə yaratmaq üçün:

Əməkdaşlar

RAUF HƏSƏNOV

Şöbə müdiri

email: rauf.hasanov.sh@bsu.edu.az
Tel: +994 12 5390557

ŞƏBNƏM SƏFƏROVA

Baş mütəxəssis

email: shabnamsafarova2@bsu.edu.az
Tel: +994 12 5390557

ŞƏMS BAĞIROVA

Böyük mütəxəssis

email: bagirova.shams.i@bsu.edu.az

Tel: +994 12 5390557

RƏSUL MEHDİYEV

Mütəxəssis

email: rasul.mehdiyev@bsu.edu.az
Tel: +994 12 5390557

ƏSGƏR ZEYNALABDİNOV

Mütəxəssis

email: asgarzeynalabdinov@bsu.edu.az

Tel: +994 12 5390557

RUHANƏ MİRZƏYEVA

Mütəxəssis

email: ruhana.mirzayeva.j@bsu.edu.az
Tel: +994 12 5390557

LEYLA KAZIMOVA

Kargüzar

email: leylakazimova@bsu.edu.az
Tel: +994 12 5385357