Beynəlxalq kafedra, institut və mərkəzlər

Müasir qloballaşma prosesinin nəticələrindən biri də ali təhsil müəssisələrinin qlobal təhsil mühitinə qaçılmaz inteqrasiyasıdır. Belə ki, təhsil sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsi, beynəlxalq institut və mərkəzlərin fəaliyyəti günün əsas tendensiyalarından biridır. Bu baxımdan da Bakı Dövlət Universiteti qarşısında duran prioritet vəzifələr sırasında universitetin beynəlmiləlləşməsi, beynəlxalq kafedra, institut və mərkəzlərin fəaliyyət dairəsinin genişləndirilməsi, dövrün tələblərinə uyğun yeni mərkəzlərin və kafedraların yardılması kimi məqamlar xüsusi əhəmiyyət kəsb edir.
Yəni beynəlxalq tərəfdaşlığın qurulması, tələbə mübadiləsinin aparılması, xaricdə tərəfdaş universitetlərdə mərkəzlərin açılması, zamanın tələbinə uyğun olaraq yeni beynəlxalq kafedra, institute və mərkəzlərin açılmasına yönələn fəaliyyət BDU-nun inkişaf startegiyasına uyğun olaraq mütəmadi olaraq davam etdirilir. Sözügedən proses təhsilin keyfiyyətinə birbaşa təsir göstərir, Universitetin rəqabət qabiliyyətliliyinin və səmərəliliyinin daha da artmasına şərait yaradır, eyni zamanda mədəni dioloqun inkişafına töhfə verir. 
Hazırda BDU-da 1 beynəlxalq kafedra (YUNESKO kafedrası), 2 beynəlxalq institut (Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu və Bakı King Sejong İnstitutu) və 3 beynəlxalq mərkəz (Abay Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi, Rus Mərkəzi) fəaliyyət göstərir. 

Kafedralar İnstitutlar Mərkəzlər