Beynəlxalq tədbirlər

Bakı Dövlət Universiteti (BDU) hər zaman qlobal və regional elmi-tədqiqat layihələrin iştirakçısı olmaqla yanaşı, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və həmçinin bu növ tədbirlərin təşkilatçısı olmuşdur.  BDU-da davamlı olaraq qlobal miqyasda baş verən dəyişikliklər nəzərə alınmaqla beynəlxalq konfransların təşkilinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən forumların, müxtəlif növ mədəni tədbirlərin və yubileylərin  keçirilməsinə xüsusi önəm verilir. 
Qeyd edək ki, 2019-cu ildə BDU-nun 100 illik yubileyi ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində - Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində, Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun baş qərargahında təntənəli yubiley tədbirləri keçirilmiş, həmçinin Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) Baş Assambleyasının və Buxarest Universitetinin təşkilatçılığı ilə BDU-nun 100 illiyinə həsr olunmuş “Inter University Cooperation for Open Science” mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur.
Universitetin nəzdində fəaliyyət göstərən beynəlxalq institutlar, mərkəzlər, elmi mərkəzlərin təşkilatçılığı ilə də mütəmadi olaraq müxtəlif səpkili mədəni, elmi, sosial yönümlü beynəlxalq tədbirlər təşkil olunur. 

Parisdə UNESCO-nun baş qərargahında
Bakı Dövlət Universitetinin 100 illiyi
Vyanada Bakı Dövlət Universitetinin
100 illik yubileyi qeyd olunub
 
Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş
beynəlxalq konfrans keçirilib

 Nəsimi Festivalı çərçivəsində "Qorxmuş ruh" dramını   
Çin Bahar Festivalı mərasimi
20-ci “Çin dili Körpüsü” müsabiqəsinin
Azərbaycan üzrə final mərhələsi 
Abay Kunanbayevin 175 illik yubileyinə
həsr olunmuş tədbir 
“Çin mədəniyyətinin əsas xüsusiyyətləri və
Çin ali təhsilinə ümumi baxış”