Ölkədaxili əməkdaşlıq

BDU-nun inkişaf startegiyasında elmin və sənayenin müxtəlif sahələri üzrə ölkədaxili əməkdaşlığa xüsusi önəm verilir. Belə ki, yeni səmərəli əlaqələrin qurulması, habelə təcrübə mübadiləsinin aparılması universitetdə təhsilin keyfiyyətinin daha sürətli inkişafına zəmin yaradır və bununla da yeni nəsil mütəxəssilərin yetişdirilməsi prosesinə təkan vermiş olur. Ölkədaxili əməkdaşlıq əsasən iki istiqamət üzrə inkişaf etdirilir: Birincisi, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, şirkətlər, diplomatik nümayəndəliklərlə əməkdaşlıq istiqaməti, ikincisi, dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqaməti.
BDU-nun əməkdaşlıq strategiyasında xüsusi məqamlardan biri də universitetin beynəlxlaq imicinin daha da yüksəldilməsi prinsipinə uyğun olaraq ölkədaxili əməkdaşlığın inkişaf etdirilməsidir. Belə ki, BDU daima beynəlxalq təşkilatlarla, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər ilə əlaqələr qurur və bu əlaqələri daha da inkişaf etdirir. Hazırda BDU ölkəmizdə fəaliyyət göstərən bir sıra ölkələrin səfrilikləri ilə (Türkiyə, Pakistan, İsrail, Özbəkistan, Yaponiya, Çin Xalq Respublikası, Çexiya, Qətər və s.), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya regional mərkəzi, Azərbaycanda Milli Erasmus+ Ofisi və digər qrumlarla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir.
BDU-da eyni zamanda ölkədaxili əməkdaşlıqların qurulmasına (dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları) və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu əməkdaşlıqda biznes müəssisələrinin fəaliyyətlərində ali təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlıqda maraqlı olmaları əsas amillərdən biri hesab olunur.
BDU ekologiya, kənd təsərrüfatı, kimya, sosial və bu kimi sahələr üzrə ölkədaxili müxtəlif biznes partnyorları və təhsil mərkəzləri ilə əməkdaşlıq edir.

Hüquq fakültəsi Respublika daxilində müvafiq elm-təhsil müəssisələri və müvafiq dövlət qurumları ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Hazırda fakültə AMEA-nın Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi, Gömrük Akademiyası və digər elm-təhsil mərkəzləri ilə, o cümlədən Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dəniz Adminstrasiyası, Vəkillər Kollegiyası, Notariat Palatası, o cümlədən digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
Coğrafiya fakültəsində “Azərsu” ASC, AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, ADPU, GDU, SDU, LDU ilə birgə tədqiqatlar aparılır. Buraxılış və dövlət imtahanlarına, yekun atestassiyaların keçirilməsinə köməlik göstərilir, doktorant və dissertantların elmi işlərinə rəhbərlik edilir. 2017-cü ildən “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının filialı fəaliyyət göstərir.
Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, müxtəlif dövlət strukturları və nazilriklərlə ilə sıx əməkdaşlıq edir, müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verməkdədir. Belə ki, 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar jurnalistika”, may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş “İqtisadi jurnalistika” təlim kurslarını qeyd etmək lazımdır.
2017-ci ildə BDU-nun "Azercell Telekom" MMC ilə əməkdaşlığı çərçivəsində Jurnalistika fakültəsində "Barama Media Mərkəzi" fəaliyyətə başlamışdır. Azercell və PAŞA Bankın dəstəyi ilə yaradılan "Barama Media Mərkəzi"nin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihə, proqramlara cəlb etməkdir.
TİKA ilə əməkdaşlığın nəticəsi olaraq 2016-cı ildə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında bu gün tələbələrimizin praktik vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Sosial elmlər və psixologiya fakültəsində də ölkədaxili əməkdaşlığa xüsusi önəm verilir və BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, AMEA-nın müxtəlif institutları, Təhsil Nazirliyinin Təhsil İnstitutu və digər beynəlxalq, dövlət və özəl qurumlarla əməkdaşlıq edir. 2020-ci ildən Azərbaycana Birgə Yardım – UAFA təşkilatı ilə imzalanan CHED Anlaşma Memorandumuna əsasən fakültədə bir sıra tədbirlər, o cümlədən tələblər üçün CHED kursu haqqında iki tanışlıq vebinarı keçirilib.
Biologiya fakültəsində yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi fakültənin ölkədaxili geniş əlaqələrinin mövcudluğu sayəsində reallaşır. Hazırda fakültə AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar institutu, akademik Abdullar Qarayev adına Fiziologiya institutu, Genetik ehtiyatlar institutu, Zoologiya institutu, Botanika institutu,
Mikrobiologiya institutu, Radiasiya problemləri institutu, Biofizika institutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya institutu ilə imzalanmış müqavilələr əsasında sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən balıqartırma zavodlarında (Xıllı nərə balıqartırma zavodu, Çuxur-Qəbələ qızılbalıqyetişdirmə zavodu və s.) və fermer balıqçılıq təsərrüfatlarında (Samukh-fish” fermer balıqçılıq təsərrüfatı və s.) bakalavriat səviyyəsində və magistratura səviyyəsində elmi tədqiqat işləri aparılır, həmçinin həmin zavodlardan tələbələrin istehsalat təcrübələrinin keçirilməsi və magistrantların dissertasiya işlərinin yerinə yetirilməsi məqsədilə təcrübi baza kimi istifadə olunur.
Azərbaycan Coca-Cola Bottlers LTD MMC ilə imzalanmış müqavilə tələbə və magistrantlara şirkətin laboratoriyalarında istehsalat təcrübəsini keçmək imkanını verir.
Fakültədə hazırlanmış kadrların işlə təmin olunmasında yuxarıda qeyd edilən əməkdaşlığın rolu danılmazdır. Seçilmiş məzunlarrımız AMEA institutlarında, özəl şirkətlərdə, məktəblərdə ixtisaslarına uyğun əmək fəaliyyətinə uğurla başlayırlar.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Respublika daxilində müvafiq elm-təhsil müəssisələri və müvafiq dövlət qurumları ilə elmi əməkdaşlığı daim diqqətdə saxlayır. Hazırda fakültə AMEA-nın Fəlsəfə İnstitutu, AMEA İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər elm-təhsil mərkəzləri ilə, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi o cümlədən digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
Kimya fakültəsi AMEA-nin “Kataliz və qeyri üzvi kimya” institutu, Nüvə tədqiqatlar mərkəzi, Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri institutu, AMEA-nın akad.
Ə.Quliyev adına Aşqarlar kimyası institutu, Radiasiya Problemləri institutu və digər qurumlar ilə əməkdaşlıq edir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də tədrislə elmin əlaqələndirilməsi məqsədilə 2013-cü ildə BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının AMEA-nın akad. Ə. Quliyev adına Aşqarlar kimyası institutunda filalı da yaradılmışdır.
Şərqşünaslıq fakültəsi AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, A.Bakıxanov adına Tarix İnstitutu, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dillər Universiteti, Diasporla İş üzrə Dövlət Komitəsi, Yunis Əmrə İnstitutu ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir.
Bakı Dövlət Universitetinin Gelogiya fakültəsinin tələbələri istehsalat təcrübələrini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətində, AMEA-da, Azərbaijan İnternational Mining Company Limited şirkətinin mədənlərində, “Azərsu” ASC-də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsində keçirlər.
Eyni zamanda, AMEA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Geologiya və Geofizika İnstitutunda Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialı da fəaliyyət göstərir.
Geologiya fakültəsi həmçinin Azərsu ASC tərəfindən yerinə yetirilən müəyyən layihələr çərçivəsində hidrogeoloji tədqiqatların aparılması üzrə məsləhət xidmətinin göstərilməsi istiqamətində sözügedən qurumla əməkdaşlıq edir.