Xarici tələbələrlə iş şöbəsi

Bakı Dövlət Universitetinin beynəlmiləlləşməsi kontekstində əcnəbi tələbələrin cəlbi, xarici bazarda BDU-nun rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət, xarici tələbələrin universitetə qəbul prosesinin təşkili, viza və miqrasiya məsələləri ilə bağlı sənədləşmə işlərinin aparılması, əcnəbi təhsilalanların tədris prosesində üzləşdiyi problemlərin həlli istiqamətində fəaliyyət, əcnəbi təhsilalanların asudə vaxtlarının təşkili xarici tələbələrlə iş şöbəsinin əsas iş istiqamətlərini təşkil edir. 
Xarici tələbələrlə iş şöbəsi 2019 –cu ilin noyabr ayında Bakı Dövlət Universitetində həyata keçirilən struktur islahatları nəticəsində Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində yaradılmışdır. 1968-ci ildən fəaliyyətə başlayan Xarici tələbələrlə iş üzrə dekanlıq Bakı Dövlət Universitetinin müxtəlif nüfuzlu universitet assosiyasiyalarına qəbul olunması və orada aparıcı mövqe tutması, Avropa elm və təhsil məkanında gedən inteqrasiya prosesinə məqsədyönlü şəkildə qatılması istiqamətində həlledici addımlar atmışdır. Xarici ölkələrə mütəxəssis hazırlamağa başladığı gündən Bakı Dövlət Universiteti 100-ə qədər xarici ölkə üçün iki minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamışdır.
Strukturun yarandığı gündən bəri onun coğrafiyası ildən-ilə genişlənmişdir. Son zamanlarda Türkiyə, Çin, İran İslam Respublikası, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan krallığı,
Yaponiya, Koreya, Almaniya, ABŞ, Macarıstan, Rumıniya və MDB respublikalarında tələbə axını daha da artmışdır.

Şöbənin məqsəd və vəzifələrinə daxildir:
- Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətə uyğun olaraq Azərbaycanı beynəlxalq ictimaiyyətə tolerant, multikultural dəyərləri dəstəkləyən , insan haqlarını qoruyan, keyfiyyətli təhsil sisteminə malik olan ölkə kimi tanıtmaq;
- Bakı Dövlət Universitetinin daxili və xarici bazarda mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətin
- Əcnəbi təhsilalanların BDU-ya cəlb edilməsi üzrə fəaliyyət
- Əcnəbi vətəndaşların BDU-ya qəbul prosesinin mövcud qanunvericiliyə uyğun təşkili
- Universitetdə təhsil alan xarici tələbələrə sosial, pedaqoji və psixoloji yardımın təşkili
- Xarici tələbələrin Azərbaycan Respublikası ərazisində qalması ilə əlaqədar prosedur məsəlxarici-telebelerle-is-sobesiələrin (pasport, viza və miqrasiya qeydiyyatı) təmin edilməsi
- Təhsil müddətində əcnəbi vətəndaşların Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama qaydalarına riayət olunmasına təşkilati dəstək və nəzarət
- Əcnəbilərin universitetdə təhsili ilə bağlı sənəd dövriyyəsinin təmin edilməsi
- Əcnəbi təhsilalanlarla maarifləndirmə işlərinin aparılması (Azərbaycan tarixi, mədəniyyəti, ərazi bütövlüyü, Dağlıq-Qarabağ münaqışəsi və s. mövzularda)
- Əcnəbilərin tədris prosesində yaranan problemlərin həlli məqsədilə universitetin struktur bölmələri, tələbə təşkilatları və universitetdən kənar strukturlarla qarşılıqlı əlaqələrin saxlanılması
- Əcnəbi təhsilalanların asudə vaxtlarının təşkili
- Əcnəbi təhsilalanların istək, təklif və şikayətləri haqqında BDU-nun idarəetmə strukturlarına məlumat vermək və qeyd olunanların həlli istiqamətində fəaliyyət.
Şöbənin əsas funksiyaları:

- Şöbənin məqsəd və vəzifələrinə uyğun olaraq BDU rəhbəliyinin tapşırıqlarının yerinə yetirilməsi

- Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Dövlət Statistika Komitəsinə hesabat sənədlərinin təqdim edilməsi

- Nazirliklər, idarələr, təşkilatlar və səfirliklərlə əcnəbi vətəndaşların təhsili ilə bağlı yazışmaların həyata keçirilməsi

- Əcnəbi vətəndaşların universitetdə təhsili ilə bağlı əmr, sərəncam və digər sənədləşmələrində iştirak

- Əcnəbilərin təhsilinə nəzarət

- Əcnəbi təhsilalanlara ödənişli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələrin hazırlanması

- Əcnəbi təhsilalanların kontingentinin uçotu, statistik məlumatların hazırlanması

- Müəyyən olunmuş formada əcnəbilərə təqdim edilmiş arayış, sorğulara cavab, şəhadətnamə və diplomların uçotunun aparılması (surətlərin əcnəbitəhsilalanların şəxsi işlərində saxlanılması)

- Xarici vətəndaşlar üçün qeydiyyata alınma və təhsil üçün dəvətnamələrin verilməsi üzrə işlərin həyata keçirilməsi

- Əcnəbi təhsilalanların miqrasiya qeydiyyatı üzrə işlərin həyata keçirilməsi

- Xarici tələbələrin şəxsi sənədlərinin qeydiyyat.

 
Xarici tələbələrlə iş şöbəsi ilə əlaqə yaratmaq üçün:

Əməkdaşlar

AYNUR BABAYEVA

Şöbə müdiri

email: babayeva.aynur.n@bsu.az

Tel: +994 12 5390695

RƏQSANƏ VƏLİYEVA

Baş mütəxəssis

email: valiyeva.raqsana@bsu.edu.az

Tel:+994 12 5390695

FATİMƏ ABDULLAYEVA

Mütəxəssis

email: abdullayeva.fatima.n@bsu.edu.az

Tel: +994 12 5390695

ƏLİƏŞRƏF RƏCƏBLİ

Mütəxəssis

email: ali-ashrafrajablı@bsu.edu.az

Tel: +994 12 5390695