Mövlanə mübadilə proqramı

Mövlanə beynəlxalq müəllim-tələbə mübadilə proqramı tələbələrə Türkiyənin müxtəlif universitetlərində tədris imkanı verməklə, müəllimlərə tədris prosesində iştirak şansı yaradır.

MÖVLANƏ MÜBADİLƏ PROQRAMI Türkiyə universitetləri ilə dünyanın müxtəlif ölkələrində yerləşən universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirən  proqramdır. Bakı Dövlət Universitetinin tələbələri  Mövlanə beynəlxalq mübadilə proqramı ilə Türkiyənin İstanbul, Ankara, Kafkaz, Gümüşhane, Pamukkale, Çankırı, Atatürk, Uludağ, Hacettepe, Çanakkale, Trakya, Kastamonu universitetlərində təhsil almaq imkanlarına malikdirlər. Mövlanə proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. Mübadilə proqramı tələbəyə xaricdə təhsil almaq hüququ verməklə, yeni təcrübə əldə etmək, təhsildə yeni keyfiyyətlərə yiyələnmək və gələcək karyerasının qurulması üçün yeni imkanlara yiyələnmək üçün şərait yaradır. 2017-2021-ci illər ərzində BDU-nun 13 əməkdaşı və tələbəsi sözügedən proqram çərçivəsində Türkiyənin müxtəlif universitetlərində dərs demiş və təhsil almışdır.

Mövlanə proqramı çərçivəsində mübadilə:

Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr

Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1(bir) həftə

BDU tələbləri üçün tələblər:

Ümumi orta müvəffəqiyyət göstəricisi 65-dən yuxarı

 II və III kurs bakalavr, I kurs magistr tələbələri

Türk dili sertifikatı  

CV

Transkript

Motivasiya məktubu

 

Daha ətraflı məlumat üçün baxın:

https://mevlana.yok.gov.tr/ana-sayfa

 

Mövlanə müəllim-tələbə mübadilə proqramı çərçivəsində imzalanmış müqavilələr

 

S/N Universitet Ölkə İxtisaslar Müddət

1 Selcuk Universiteti Türkiyə Respublikası

Geologiya

Beynəlxalq münasibətlər

Sosiologiya

2021

2 İstanbul Universiteti Türkiyə Respublikası

Jurnalistika

Tarix

Geologiya

Filologiya

Coğrafiya

İqtisadiyyat

Fizika

Kimya

Biologiya

2021

3 Ahi Evran Universiteti Türkiyə Respublikası Bütün istiqamətlər 2021

4 Gümüşhane Universiteti Türkiyə Respublikası

Geologiya

Riyaziyyat

Tarix

İqtisadiyyat

Sosial iş

2022

5 Pamukkale Universiteti Türkiyə Respublikası

Türk ədəbiyyatı

Riyaziyyat

Biologiya

Fizika

Kimya

İqtisadiyyat

2022

6 Van Yuzuncu Yil Universiteti Türkiyə Respublikası

Kimya

Riyaziyyat

Fizika

Biologiya

İnşaat mühəndisliyi

Elektrik mühəndisliyi

Mexanika mühəndisliyi

2022

7 Çankırı Universiteti Türkiyə Respublikası

Psixologiya

Arxeologiya

Coğrafiya

Fəlsəfə

Tarix

Iqtisadiyyat

Politologiya

Beynəlxalq münasibətlər

2022

8 Atatürk Universiteti Türkiyə Respublikası

Filologiya

Beynəlxalq əlaqələr

Tarix

Psixologiya

Filologiya

2022

9 Uludağ Universiteti Türkiyə Respublikası

Beynəlxalq əlaqələr

Tarix

Arxeologiya

Filologiya

2023

10 Hacettepe Universiteti Türkiyə Respublikası

Tarix, Kimya,

Tətbiqi Riyaziyyat və Kibernetika

Sosial Elmlər və Psixologiya

Pedaqogika

Fizika

Hüquq

2023

11 Trakya Universiteti Türkiyə Respublikası

Filologiya 

Riyaziyyat

Arxeologiya

Beynəlxalq əlaqələr

2023

12 Çukurova Universiteti Türkiyə Respublikası

Psixologiya

Filologiya

Hüquq

Fizika

Kimya

2023

13 Ankara Universiteti Türkiyə Respublikası

Riyaziyyat

Biologiya

Fizika

Kimya

Politologiya

İqtisadiyyat

Beynəlxalq əlaqələr

Jurnalistika

2023

14 Kastamonu Universiteti Türkiyə Respublikası

Coğrafiya

Filologiya

Riyaziyyat

Biologiya

Fizika

İqtisadiyyat

Beynəlxalq münasibətlər

2024

15 Çanakkale Universiteti Türkiyə Respublikası

Turizm və otelçilik

Coğrafiya

Biologiya

2024

16 Uşak Universiteti Türkiyə Respublikası

Riyaziyyat

Biologiya

Mühəndislik

 Tarix

Coğrafiya

Jurnalistika

Türk dili və ədəbiyyatı

Sosiologiya

Psixologiya

İqtisadiyyat

2026

17 Kafkaz Universiteti Türkiyə Respublikası

 Filologiya

Fizika

Kimya

Riyaziyyat

Biologiya

Tarix

Arxeologiya

2026

 

Əlaqələndirici şəxs:

Əsgər Zeynalabdinov

Beynəlxalq əlaqələr şöbəsi, mütəxəssis

e-mail: international@bsu.edu.az