Himayəçilər Şurası

Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir. Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirir.

Qanunvericilik və sənədlər

 

BDU-NUN HİMAYƏÇİLƏR ŞURASININ TƏRKİBİ

Sədr

Emin Əmrullayev

Emin Əmrullayev

Azərbaycan Respublikasının təhsil naziri

Üzvlər

Rəşad Nəbiyev

Rəşad Nəbiyev

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azər Cəfərov

Azər Cəfərov

Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini

İsa Həbibbəyli

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti

Elçin Əfəndiyev

Elçin Əfəndiyev

Xalq yazıçısı

Roald Saqdeyev

Roald Saqdeyev

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü

Asəf Hacıyev

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş Katibi

Fərid Şəfiyev

Fərid Şəfiyev

Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri

Bəxtiyar Aslanbəyli

Bəxtiyar Aslanbəyli

BP şirkətinin vitse-prezidenti