BDU-da “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi" mövzusunda vebinar keçirilib

15 İyul 15:16

BDU-da “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi" mövzusunda vebinar keçirilib

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat  İnstitutunda vebinar keçirilib.

Vebinarda  Azərbaycan Memarlıq və İnşaat Universitetinin  əməkdaşı  Nigar Aslanova  “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə diferensial operator ifadə ilə doğrulmuş minimal operatorun  fəzadan çıxmaqla öz-özünə qoşma genişlənməsi haqqında məlumat verilib. Öz-özünə qoşma genişlənmənin spektri əsasında məxsusi ədədlər üçün asimptotik düstur və requlyarlaşmış iz düsturu göstərilib.

Vebinarda İranın Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü,  Türkiyənin Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir  iştirak ediblər.