BDU əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir

17 İyul 15:51

BDU əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi

BAKI DÖVLƏT UNIVERSİTETİ

2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə

əlavə təhsil (təkrar ali təhsil)

almaq üçün tələbə qəbulu elan edir:

 

  1. Beynəlxalq münasibətlər
  2. Coğrafiya
  3. Ekologiya
  4. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  5. Geologiya
  6. Hüquqşünaslıq
  7. İqtisadiyyat
  8. Kompüter elmləri
  9. Psixologiya

10. Tarix

 

Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qiyabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

 

Sənədlər 2021-ci il iyul ayının 9-dan avqust ayının 10-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (249 nömrəli otaqda) qəbul edilir.

Əlavə təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

 

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 23, AZ-1148

Telefon: (012) 539-06-86

Elektron poçt: tim-elavetehsil@bsu.edu.az

https://xalqqazeti.com/az/news/80250