BDU məzunları MİQ-də birincidir

15 İyul 15:32

BDU məzunları MİQ-də birincidir

Bakı Dövlət Universitetinin (BDU) məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında bu il də yüksək nəticə göstəriblər. BDU-nun Mexanika-riyaziyyat fakültəsinin məzunları Natavan Zamanova və Aynur Ağahüseynova Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 56 bal toplayaraq ölkə birincisi olublar.

Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

Yüksək nəticə göstərən bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq.